Keçən il ölkədəki ödəniş kartlarının sayı 7,3 milyona çatıb

posted in: Xəbər | 0
birbank biznes

bank kartından ödəmələrÖtən il Azərbaycanda ödəniş və pulköçürmə sistemləri üzrə əməliyyatların sayı 40 faiz artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Visa Cashless Forum”unda deyib. (ödəniş kartları)

O qeyd edib ki, Azərbaycanda ötən il Banklararası Milli Hesablaşmalar Sistemi üzrə ödənişlərin məbləği azalsa da, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi və sürətli pulköçürmə sistemləri üzrə köçürmələr artıb. 2019-cu ildə ödəniş kartlarının sayı 11,2 faiz artmaqla 7,3 milyon ədədə çatıb. Həmçinin keçən il debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38 faiz, məbləği isə 31 faiz artıb. Ötən il ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə nağdsız ödəniş əməliyyatlarının sayı 67 faiz, məbləği isə 97 faiz artıb. Təsadüfi deyil ki, UNESCAP-ın hesablamalarına görə, Azərbaycan kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ödəniş kartları
Print Friendly, PDF & Email