Böyük Britaniyada offşor hesabların sahiblərinin adları açıqlanacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

offşor hesabTezliklə Böyük Britaniyada yaradılacaq ictimaiyyət üçün açıq reyestrdə tarixdə ilk dəfə olaraq offşor şirkətlərin benefisiarlarının adları göstəriləcək. Ekspertlərin rəyinə əsasən, belə bir addımın atılması bir sıra varlı sərmayəçilərin kapitalının ölkədən çıxarılmasına səbəb olacaq, bununla belə, Britaniya aktivlərindən pulların geniş miqyasda əks axını gözlənilmir.

İyulun sonunda Britaniya parlamenti ictimaiyyət üçün açıq reyestrin yaradılması ilə bağlı yeni qanun layihəsini müzakirəyə çıxarmışdır. Qanun layihəsinə əsasən, xarici müəssisələr öz benefisiarlarının, o cümlədən əmlakın faktiki sahiblərinin adlarını göstərməli olacaqlar. İnformasiyanı gizlətməyə və ya saxta məlumat verməyə cəhd edən şirkətlər cərimələnəcəklər. Belə şirkətlərin sahiblərinə isə çirkli pulların yuyulmasına şərait yaratdıqlarına görə beşillik həbs cəzası veriləcək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gözlənildiyinə görə, bu qanun layihəsini parlament təsdiqləyəndən sonra reyestr 2021-ci ildən fəaliyyətə başlayacaq. Böyük Britaniyanın özü isə dünyada ilk dəfə belə bir hüquqi alət tətbiq edən ölkə olacaq.

Qeyd edək ki, 2016-cı ildən bu ölkədə şirkətlərə nəzarət edən şəxslərin reyestri fəaliyyət göstərir, lakin həmin qeydiyyat sistemi yalnız Britaniyaya məxsus hüquqi şəxslərə tətbiq edilir.

Print Friendly, PDF & Email