Ofis işləri ilə bağlı maraqlı faktlar

posted in: Məqalə, Xəbər | 0

Ofis işləri

  • Kseroks – surət çıxaran aparatdır və ya daha xırda bir şeydir? Hər bir idarədə kseroks var, ən azından surət çıxaran cihazı belə adlandırırlar. Həqiqətdə isə Kseroks həmin cihazları istehsal edən və Rusiyaya ilk ixrac edən şirkətin adıdır, o səbəbdən həmin aparat daha çox kseroks adını alıb. Maraqlıdır ki, Uzaq şərqdə surət çıxaran aparatlar bazarına digər bir şirkət, Canon öz məhsulu ilə çıxıb. O səbəbdən Rusiyanın Uzaq şərqində həmin aparatla görülən işləri başqa cür adlandırırlar. Orada siz kserit deyil, daha çox kanonit  sözünü eşidə bilərsiniz.
  • Yaponlar elə yaponlardılar ki, var! Statistikaya görə yaponların 75%-i günlərinin yarıdan çoxunu ofisdə keçirirlər, onlardan üçdə ikisi isə hətta istirahət günlərindən belə imtina edirlər. Məzuniyyətə isə yapon işçilərinin yalnız 1/20 hissəsi çıxır. Baxın, onlar dünyada ən zəhmətkeş millətdir!
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • Ofis avto-cavabverəni. Onu elanlar, müxtəlif məlumatlar və hava haqqında məlumatları telefon abunəçilərinə çatdıran telefon xidməti müəssisələri icad ediblər.  Avto-cavabverənin ixtirasına qədər bu işi bilavasitə telofon qovşaqlarının işçiləri yerinə yetirirlərmiş.
  • Ofisdə işləyənlərin sol əli sağa nisbətən daha çox çalışır. Nə qədər gülməli görünsə də, bu faktdır! Klaviaturada mətn yığılarkən, onun 60% məhz, sol əlin barmaqları ilə yığılır. Baxmayaraq ki, mənə görə hər iki əlin barmaqları təxminən eyni işi görür, lakin statistikaya qarşı çıxmaq mümkün deyil.
  • Təkcə ofisdə işlə bağlı deyil, ümumən bütün çalışmalarla əlaqəli fakt ondan ibarətdir ki, 80% insanlar hesab edirlər ki, istənilən işdə çalışanlar üçün ən mürəkkəb şey… səhər yuxudan qalxmaqdır! Bax, bununla tamamilə razıyam: həqiqətən də bəzən bədənini çarpayıdan qaldırmaq o qədər çətin olur ki, hərdən insanın ağlına belə fikir gəlir: “cəhənnəm olsun, bəlkə heç işə getməyim”.

Digər məqalələrimizi bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *