Ölkədaxili ezamiyyə normaları dəyişdi

posted in: Xəbər | 0
birbank biznes

Ölkədaxili ezamiyyəEzamiyyət xərclərinin normaları artırılıb.

Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişikliklər edib.

Beləliklə, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manatdan 90 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manatdan 70 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manatdan 65 manata qaldırılıb.

Həmçinin bax: Ezamiyyə ilə bağlı Vergilər Nazirliyindən izahlı məlumat.

İndiyə qədər daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilib. Dəyişikliyə əsasən, bu vəsait 15 manata qaldırılıb.

Nazirlər Kabinetinin Qərarı bu şəkildədir:

 Bakı şəhəri, 20 iyun 2018-ci il
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9 maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “65,0” rəqəmləri “90,0” rəqəmləri ilə, “50,0” rəqəmləri “70,0” rəqəmləri ilə və “45,0” rəqəmləri “65,0” rəqəmləri ilə əvəz edilsin;
1.2. 6-cı hissədə “10,0” rəqəmləri “15,0” rəqəmləri ilə əvəz edilsin.
2. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının  Baş naziri
Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Həmçinin bax: Ezamiyyətdəki mehmanxana xərci necə rəsmiləşdirilməlidir?

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email