Ölkəmizdə olan pulların sayı açıqlanıb

posted in: Xəbər | 0
birbank biznes

Ölkəmizdə nə qədər pul nişanı var?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


əmək haqqı“Hazırda Azərbaycanda dövriyyədə 213 milyon ədəd pul nişanı var”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun 45%-i kiçik nominallı əskinazlardır: “Dövriyyədə çox işləndiyinə görə 1, 5 və 10 manatlıq dövriyyəyə buraxıldığı ilk il ərzində 80% köhnəlir. Qeyd edim ki, Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır. Aşağı nominallı pulların digər materialdan olan pullarla əvəz olunması barədə araşdırmalar aparılır. Əhali bunu qəbul edərmi, ya yox, bu məsələ araşdırılır”, – E.Rüstəmov vurğulayıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email