Ötən il auditorlar 54 milyon manatlıq müqavilə bağlayıb

birbank biznes

2017-ci il ərzində 45 sərbəst auditorun, 77 auditor təşkilatının (o cümlədən 2 xarici auditor təşkilatının filialı və nümayəndəliyi) və 15 xarici investisiyalı auditor təşkilatı auditor fəaliyyətini həyata keçirmək hüququ olub.

Auditorlar Palatasının 2017-ci il üzrə hesabatına istinadən verilən xəbərə görə, 45 sərbəst auditor və 77 auditor təşkilatı quruma öz fəaliyyətlərinə dair hesabatları təqdim edib. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilib ki, hesabat dövründə təsərrüfat subyektləri ilə 53 mln. 626 min 60 manat məbləğində 4826 müqavilə bağlanıb. Bağlanmış müqavilələrin xüsusi çəkisi xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri üzrə sayına görə 10,8% və məbləğinə görə 68,2%, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə sayına görə 10,1% və məbləğinə görə 19,4%, yerli auditor təşkilatları üzrə sayına görə 55,7% və məbləğinə görə 8,3%, sərbəst auditorlar üzrə sayına görə 23,4% və məbləğinə görə 4,1% təşkil edib.

2016-cı il ilə müqayisədə ötən il bağlanmış müqavilələrin sayı 3540-dan 4826-ya qədər, yəni 1286 ədəd və ya 36,3% artıb, məbləği isə 56 mln. 862,166 min manatdan 53 mln. 626 min 60,2 manata qədər, yəni 3 mln. 236 min 105,3 manat və ya 5,7% azalıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

 

Print Friendly, PDF & Email