Ötən il göstərdiyimiz xidmətin dəyəri bu il ödənilərsə, gəlir yoxsa sadələşdirilmiş vergi ödəməliyik?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

aksizMəsləhət xidmətləri göstərən və sadələşdirilmiş vergi ödəyicisi olan fərdi sahibkar 2018-ci ilin dekabr ayında həmin tarixədək göstərilmiş xidmətlərə görə müştərisinə elektron qaimə-faktura göndərmişdir. Müştəri, maliyyə durumunun çətin olmasını əsas göstərərək ödənişi 2019-cu ilin yanvar ayında edə biləcəyini bildirmişdir. AR Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sözügedən sadələşdirilmiş vergi ödəyicisi 1 yanvar 2019-cu il tarixindən etibarən gəlir vergisinin ödəyicisi olur.

Sual: Həmin xidmət haqqı 2019-cu ilin yanvar ayında ödənildikdə, sadələşdirilmiş ya gəlir vergisinə cəlb ediləcək?

Qeyd: 195 xidmətindən bu suala cavab olaraq bildirildi ki, elekton qaimə-faktura 2019-cu ilə qədər göndərildiyindən və xidmətlərin göstərildiyi dövr də 2019-cu ilə qədər olduğundan, sadələşdirilmiş vergi-yə cəlb olunacaq.

Bu vergi ödəyiciləri üçün amortizasiya norması nə qədərdir?

Cavab: Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olan sahibkar üçün vergitutma obyekti təqdim olunmuş mallara, görülmüş işlərə və ya göstərilmiş xidmətlərə görə əldə olunan hasilat, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmidir. Sorğunuzda vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə təqdim olunan xidmətə görə əldə etdiyi gəlirlərə görə xidmətin təqdim olunduğu dövrdə qüvvədə olan vergi dərəcəsi ilə ( Bakı şəhərində 4%, digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 %) vergi ödəyəcək.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email