Bakıda ötən il orta aylıq əmək haqqı 10% artıb

posted in: Xəbər | 0
birbank biznes

Valyuta rejimi, orta aylıq əmək haqqı,2019-cu ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10% artaraq 867 manat təşkil edib. (orta aylıq əmək haqqı)

Bakı Şəhər Statistika İdarəsinə istinadən verilən məlumata görə, 2019-cu ilin dekabr ayında şəhər üzrə orta aylıq nominal əmək haqqı 1 012,7 manata çatıb. Bu da ötən ilin dekabr ayı ilə müqayisədə 19,1% çoxdur.

Məlumatda qeyd olunur ki, artım Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əmək haqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əmək haqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində baş tutub.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
orta aylıq əmək haqqı, 
Print Friendly, PDF & Email