Özbəkistanda vergilər necə ödəniləcək?

posted in: Vergi, Xəbər | 0

Dövlət Vergi Komitəsi sədrinin birinci müavini Behzad Musayev açıqlama verərək ölkədə hansı vergilərin ləğv ediləcəyini, hansı vergilərin də dərəcələrinin aşağı salınacağını bildirmişdir.
Bir neçə ödənişi birləşdirmək yolu ilə əməkhaqqı fonduna aid verginin sadələşdirilməsi qərara alınmışdır. Bundan əlavə, torpaq vergisinin əmlak vergisi ilə birləşdirilməsi, müəssilər üçün vergi dərəcəsinin aşağı salınması nəzərdə tutulur.
Əlavə dəyər vergisinin dərəcəsi də əhəmiyyətli şəkildə azaldılacaq. Hazırda dərəcəsi 20 faiz olan bu vergi 12 faizə endiriləcək. Lakin bu vergi hamıya tətbiq ediləcək.
Hazırlanan yeniliklərdən biri də fərdi güzəşt və imtiyazlardan imtina edilməsidir. Bu, ölkədə sağlam rəqabətin inkişafı üçün əlavə stimul yaradacaq.
Özbəkistanda vergi islahatlarını işləyib hazırlayanlar əmindirlər ki, görülən tədbirlər əhali və şirkətlər üçün vergi yükünü əhəmiyyətli şəkildə azaldacaq, kiçik və orta bizbnesə aid müəssisələrin əksəriyyətinin fəaliyyətinin kölgədən çıxmasına şərait yaradacaq, eləcə də investisiyalar üçün Özbəkistanın cəlbediciliyini artıracaq.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *