ABŞ-da milyarderlər pandemiya dövründə 500 milyard dollardan çox zənginləşiblər

posted in: Xəbər | 0
birbank biznes

Pandemiya dövründə ABŞ milyarderləri

ABŞ milyarderləri pandemiya başlanandan indiyədək 500 milyard dollardan daha çox zəngin olublar, bu haqda TASS agentliyi xəbər verib.

Bunu Amerikanın qeyri-hökumət siyasi tədqiqatlar İnstitutunun hesabatındakı məlumatlar da sübut edir.

Hesabatı tərtib edənlər qeyd edirlər ki, ilk növbədə, tələbatın xeyli artdığı müşahidə olunan onlayn ticarət və şəbəkədə göstərilən xidmətlər ilə əlaqəli şirkətlərin sahibləri və qurucularından söhbət gedir.

Ekspertlərin qiymətləndirməsinə görə, Amerika Birləşmiş Ştatlarında milyarderlərin məcmu sərvəti daha 565 milyard dollar artıb. Bu, pandemiya başlamazdan əvvəl qeydə alınmış göstəricidən 19,15% çoxdur. ABŞ-da milyarderlərin sərəncamında olan vəsaitlərin ümumi məbləği 3,512 trilyon dollara çatıb.

Eyni zamanda, mütəxəssislər, martın 18-dən bəri sərvətlərini on milyard dollardan çox artırmağı bacaran bir sıra varlı insanları xüsusi olaraq, vurğulayıblar.

Onların sırasında Amazon şirkətinin rəhbəri Ceff Bezos və onun keçmiş həyat yoldaşı Makkenzi Bezos müvafiq olaraq 36,2 və 12,6 milyard dollar varlanıblar. Facebook şəbəkəsinin rəhbəri (30,1 milyard), Tesla və SpaseX şirkətlərini rəhbəri İlon Mask (14,1 milyard), Google-nin yaradıcıları Sergey Brin və Larri Peyc (13,9 və 13,7 milyard), Microsoft şirkətinin keçmiş baş direktoru Stiv Balmer (13,3 milyard) və şirkətin yaradıcısı Bill Geyts (11,8 milyard), Nyu-York şəhərinin keçmiş meri Maykl Blumberq (12,1 milyard), həmçinin Nike şirkətinin qurucularından biri Fil Nayt (11,6 milyard) zənginləşmişlər.

Bununla yanaşı, pandemiya sadə vətəndaşların rifahına son dərəcə mənfi təsir göstərib. Bildirilib ki, son 11 həftə ərzində ölkədə işsizlik müavinətləri almaq üçün ilkin ərizələrin sayı 42 milyonu ötüb.

Bundan əvvəl Ağ Evin nümayəndələri bildiriblər ki, bu ilin yayında ilk dəfə olaraq Amerika Birləşmiş Ştatları iqtisadiyyatının inkişafı ilə bağlı illik proqnozlarını dərc etməyəcəklər.


Bax: Vladimir Putin bütöv bir sənaye sahəsi üçün vergiləri minimuma endirdi


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email