PAŞA Bankdan COVID-19 pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara 3 gün ərzində kredit!

posted in: Xəbər | 0
birbank biznes

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə bizneslərə dövlət dəstək proqramının icrasına başlayıb. Dövlət proqramının icrası müddətinə biznes kreditləri sahibkarlara daha aşağı faizlə təklif olunacaq. Belə ki, 36 ayadək verilən biznes kreditlərinin faizləri 16.5%-dən 7.5%-ə endirilib.

Sahibkarlar subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə iki növ kredit üçün müraciət edə bilərlər: sürətli və ənənəvi növ. Borcalanın kredit ödəmə imkanlarını qiymətləndirmək üçün yenilənmiş və avtomatlaşdırılmış proses sayəsində PAŞA Bank bazarda ilk bank olaraq bu platformada 200 min manata qədər sürətli kredit verilməsini cəmi 3 iş günü ərzində təklif edir. Bundan əlavə, kreditin ayırılması haqqında qərar hesabın açılması və əlavə sənədin təqdim olunması tələb edilmədən verilir. Kreditin alınması üçün girov tələb olunmur.

Bu, pandemiya səbəbilə biznesdə yaranmış durğunluğu aradan qaldırmaq və biznesi daha da inkişaf etdirmək üçün əla fürsətdir!

Müraciət etmək üçün keçid: https://www.pashabank.az/sme_banking/az/online_business_loan_order/

*Kreditin verilməsi prosesində “Öz Müştərini Tanı” prinsiplərinə riayət edilir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email