Pensiya artımı hansı pensiyaçıları ehatə edəcək?

posted in: Xəbər | 0
birbank biznes

Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı ilə 1 yanvar 2020-ci ildən təxminən 1 milyon 120 min nəfərin pensiyasının sığorta hissəsi 16,6 faiz artırıldı. Yanvar ayı üçün hesablanan artımlar da fevral ayında ödəniləcəkdir. Minimum pensiya isə artaraq 233,2 manat olacaqdır. Fərdi hesabın sığorta hissəsi qanunvericiliyə edilən dəyişikliyə uyğun olaraq infliyasiya səviyyəsinə uyğun, yəni cəmi 2,6 faiz artacaqdır. (Pensiya artımı)

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi 2018-ci ildən orta illik əməkhaqqı artımı göstəricisinə görə aparılır. Əmək pensiyalarının sığorta hissəsi 2018-ci ilədək əvvəlki il ərzində ölkə üzrə qeydə alınmış istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya göstəricisinə uyğun olaraq hesablanıb artırılırdısa, 2018-ci ildən etibarən bir il ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə uyğun müəyyən edilərək artırılır.

Ölkədə əmək pensiyasının minimum məbləği keçən il ərzində bütövlükdə 72,4 faiz artırılmışdı. 2019-cu il martın 1-dən əmək pensiyasının minimum məbləği 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı.

Pensiyalar orta aylıq əməkhaqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirildiyi üçün son 16,6 faizlik artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları, yəni 1 milyon 120 minə yaxın insanı əhatə edəcək. Bu artımdan sonra ölkə üzrə orta aylıq pensiya məbləği 262 manatdan 300 manata çatacaq.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Pensiya artımı
Print Friendly, PDF & Email