fbpx

Azərbaycanda pensiya yaşı belə hesablanacaq

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanda pensiya yaşı belə hesablanacaq

pensiya yaşı

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.

1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin – 64, qadınların isə 61 yaş olacaq.

1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin – 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib.

Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 4.1-ci maddəsində (Yaşa görə əmək pensiyası hüququ) göstərilib ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Mənbə: news.day.az



Print Friendly, PDF & Email
error: Content is protected !!