fbpx

Gəncə şəhərində “Peşəkar mühasib” təlim kursuna qeydiyyat başladı!

posted in: Xəbər | 0
birbank biznes

ARPA,Peşəkar Mühasib TəşkilatıAzərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Texnologiya Universitetinin (UTECA) birgə təşəbbüsü və təşkilatçılığı ilə Gəncə şəhərində keçiriləcək “Peşəkar mühasib” təlim kursuna qeydiyyat başlamışdır. Təlim kursu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar mühasib sertifikasiyası” imtahanlarına hazırlığı ehtiva edir.

Kursun müddəti: 4 ay (60 saat)

Qiymət: 150 AZN/aylıq

Qrafik: Bazar günləri, 1 dərs 4 saat olmaqla.

Mühasibat uçotu sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, publik hüquqi şəxs, iri sahibkarlıq subyekləri, büdcə təşkilatları və digər müəssisələrdə fəaliyyət göstərən baş mühasiblər üçün DİM tərəfindən təşkili nəzərdə tutulan imtahanlarda iştirak edərək sertifikat almaq və peşəkar mühasib təşkilatına üzvlük tələbi qoyulmuşdur.

Qeyd etmək lazımdır ki, ARPA Peşəkar mühasib təşkilatı kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən akkreditə olunmuşdur və hazırda bu istiqamətdə fəaliyyət göstərərək mühasibat uçotu sahəsində çalışan peşəkar üçün üzvlük imkanlarını təqdim edir.

Gəncə şəhərində keçiriləcək təlim kursunda iştirak edəcək şəxslər müvafiq linkdən istifadə etməklə qeydiyyat formasını (http://arpa.org.az/az/pes%c9%99kar-muhasib-hazirliq-kursu/) dolduraraq Azərbaycan Texnologiya Universitetinə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Seymur Abbasov

Tel: (055) 280 13 53

Email:

Ünvan: Gəncə şəhəri, Ş.İ.Xətai 103, AZ 2011

Peşəkar Mühasib Təşkilatına üzvlük üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: http://arpa.org.az/az/muraci%C9%99t-et/



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Peşəkar mühasib, təlim
Print Friendly, PDF & Email
error: Content is protected !!