Nə istədiyinizi bilmirsinizsə, peşəni necə seçə bilərsiniz?! (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Nə istədiyinizi bilmirsinizsə, peşə seçimi necə olmalıdır? (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Bu gün insan həyatında ən vacib olan peşə seçimi haqqında danışaq. Bu seçimə, xüsusən də uşaqlarınıza aid olduqda, çox məsuliyyətlə yanaşmalısınız. Burada giriş məlumatları çoxdur.

Peşə seçimi həyatda müvəffəqiyyətə təsir etmir!

16 ildən çox böyük biznesdə işləmişəm, böyük kollektivləri idarə etmişəm, yüzlərlə adamı işə qəbul etmişəm və işdən çıxarmışam, bir çox uğurlu karyeraların inkişafını müşahidə etmişəm. Bir sirr olaraq sizə deyim ki, dəyərləndirmələr heç kimə lazım deyil!

Karyerasında və həyatlarında uğura bilirsinizmi kimlər imza atır? O şəxslər ki, pula görə deyil,öz maraqlarına görə işləyirlər, o adamlar ki, peşəyə həvəslidirlər, qabaqcıl təcrübəyə sahibdirlər. O şəxslər ki, onlara həyatlarında uğur qazanmağa imkan verən enerji var və keyfiyyətlər və bacarıqlar inkişaf edib. Bunları isə məktəbdə və ya universitetlərdə öyrətmirlər!

Təhsil müəssisəsinə daxil olmaq üçün böyük miqdarda pulu atmağa dəyməz

Yuxarıda deyilənləri bir daha oxuyun. Bahalı ali məktəbə qəbul olunmaq üçün borca girmək, 10 yerdə işləməyinə dəyməz. O işdən yapışın ki, ürəyinizcə olsun və sizə əzab verməsin. Təkrar edirəm, bu həyatda heç bir uğura zəmanət vermir.

Təhsil haqqı ödəmək üçün kreditə və borca girməyin

Bunu uzun-uzadı şərh etməyəcəm. Sizə bir daha yuxarıda yazılanları oxumağı tövsiyə edirəm.

Soft skills-ə (çevik bacarıqlar) sərmayə yatırın

Ali riyaziyyat, statistika və ya dünya iqtisadiyyatından yaxşı qiymətlər mühümdür, lakin, aşağıda qeyd edəcəyim bacarıqlar daha əhəmiyyətlidir: danışıqlar aparmaq, öz nöqteyi-nəzərini müdafiə etmək, ticarət etmək, danışıqlar aparmaq və ən faydalı şərtləri əldə etmək, öz vaxtını, işini və pullarını təşkil etmək, öz həmkarların və müştərilərlə (iş üzrə) normal kommunikasiya qurmaq, eşitmək və qulaq asmaq, öz səhvlərini qəbul etmək və s. Məktəblərdə və universitetlərdə öyrədilməyən məhz, bu bacarıqlar karyera və həyat yolunda uğur qazanmağa kömək edəcəkdir.

Tələbələr öz təhsillərində iştirak etməlidirlər

Valideynlərə… Biz, insanlar elə təşkil olunmuşuq ki, asan yolla bizə çatanları dəyərləndirmirik. Zamanımıza, işimizə qoyulan “qan və təri”, pullarımızı isə çox yüksək dəyərləndiririk. Ona görə, əgər istəyirsinizsə ki, uşağınız bu qədər əziyyət çəkdiyiniz işlərə məsuliyyətsiz yanaşmasın, onu da həmin işlərdə iştiraka cəlb edin. “Qoy hələ oxusunlar, sonra işləyərlər” və ya “uşaqlarım mənim kimi əziyyət çəkməməlidir, qoy oxusunlar” kimi deyimləri bir kənara qoyun – belə etməsəniz, bu, öz uşaqlarınızdan birbaşa nankor övladlar yetişdirmək üsuludur.

İşləyərək oxuyan tələbələrin, işləməyənlərdən daha bacarıqlı və dərsə daha vicdanlı yanaşmaları barədə çoxsaylı tədqiqatlar mövcuddur.

İngilis dili

Müasir insanın həyatında ən dəyərli fənlərdən biri ingilis dilidir. Bu dil ona görə lazım deyil ki, ildə 1-2 dəfə məzuniyyətdə olarkən, “bu neçəyədir” və ya “daha bir pivə verin” kimi kəlmələri işlədəsən. İngilis dili insanlar arasında sərhədləri aradan qaldırır. Belə ki, siz dünya elmlərinə çıxış əldə edirsiniz. Karyera imkanlarını, əmək haqqınızı yüksəldirsiniz (statistikaya görə 30%) və bu dil bir çox digər imkanlar yaradır.

İstedadlar, qabiliyyətlər, bacarıqlar, maraqlar və hobbi

Elə bir peşəni seçmək lazımdır ki, o təbii istedad, qabiliyyətlər, maraqlar, əldə edilmiş bacarıqlar və hətta hobbidən ən yaxşı şəkildə istifadə edə bilsin! Yalnız o zaman siz prosesdən həzz alacaqsınız və uğurlar (həyatınızda və karyeranızda) əldə edəcəksiniz, yalnız bu yolla sizin motivasiyanız illər keçsə də aşağı düşməyəcək. Nümunə: insanlarla yaxşı ünsiyyət qura və onları inandıra bilirsinizmi? Belədirsə, ola bilsin ki, mühasib peşəsi sizə lazım olan bir peşədir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email