Peşəkar Mühasib Sertifikatı (PMS) ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş sertifikasiyadır.
Azərbaycan Mühasiblər Məktəbi olaraq, PMS imtahanına hazırlaşan mühasiblərə dəstək olmaq məqsədilə, 3 aylıq PMS 2-ci mərhələsinə hazırlıq kursuna başladıq.
Kursumuz PMS imtahanının 2-ci mərhələsi – qanunvericilik üzrə aşağıdakı növlərdə keçirilir:
- Kiçik və Orta Sahibkarlıq Subyektləri (KOS) üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə peşəkar mühasib sertifikatı.
Təlimçi: Tural Abbasov
Tural Abbasov vergi qanunvericiliyi, vergi inzibatçılığı və mühasibat uçotu sahəsində ixtisaslaşmış təcrübəli mütəxəssisdir. Hal-hazırda “SOCAR PETROLEUM” QSC-də Vergi üzrə böyük mütəxəssis olaraq çalışır. Daha öncə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir.
Uzun illər vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış, bölmə rəisi və baş dövlət vergi müfəttişi kimi mühüm idarəetmə və nəzarət funksiyalarını icra etmişdir.
Eyni zamanda, bir sıra universitetlərdə vergi və maliyyə sahələri üzrə tədris fəaliyyəti ilə məşğul olur.
BMT, KOICA və USAID kimi beynəlxalq qurumların layihələrində ekspert-təlimçi kimi iştirak etmişdir.
Təhsil və Nailiyyətlər
Tural Abbasov Dövlət İdarəçilik Akademiyasında bakalavr, “Odlar Yurdu” Universitetində magistr təhsili almışdır. MHBS, KOS üçün MHBS və İctimai sektor üzrə beynəlxalq standartlar üzrə Peşəkar Mühasib sertifikatlarına malikdir.
Eyni zamanda, PMS 2 proqramı üzrə peşəkar təlimçidir və tələbələrinin yüksək nəticələri ilə seçilir.
Qrupda iştirakçı sayı: 12-15 nəfər
Kursun formatı: Ənənəvi və onlayn
Təlim sayı və vaxtı: Həftədə 1 dəfə, şənbə günləri.
Kursa daxildir:
- 16 dərs (50 saat);
- Sertifikatların təmini;
- Video qeydlər, dərs materialları və testlərlə təminat;
- Coffee break.
Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/
Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm də qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.
Kursun proqramı aşağıdakı kimidir:
| I Fəsil – Azərbaycan Respublikasının vergi qanunvericiliyi və vergi sistemi, vergi qanunvericiliyinin tətbiqi zamanı istifadə olunan anlayışların izahı | 3 saat |
| II-III Fəsil – Vergi ödəyicisi və vergi agentinin vergitutma məsələləri üzrə əsas hüquq və vəzifələri | 3 saat |
| IV Fəsil – Vergi nəzarəti tədbirləri | 3 saat |
| IV Fəsil – Vergi qanunvericiliyinin pozulması halları və bu hallarla bağlı Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri | 3 saat |
| V-VI Fəsil – Vergi qanunvericiliyinin pozulması halları və bu hallarla bağlı Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri, Vergi orqanlarının hərəkətlərindən şikayət edilməsi qaydası | 3 saat |
| VII Fəsil – Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı hüquq və vəzifələri, vergi sərəncamları və Vergi Məcəllədə nəzərdə tutulan digər müddəalar | 3 saat |
| VIII Fəsil – Fiziki şəxslərin gəlir vergisi | 3 saat |
| IX Fəsil – Hüquqi şəxslərin mənfəət vergisi | 3 saat |
| X Fəsil – Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr | 3 saat |
| X Fəsil – Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr | 3 saat |
| X Fəsil – Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr | 3 saat |
| XI Fəsil – Əlavə dəyər vergisi | 3 saat |
| XI Fəsil – Əlavə dəyər vergisi | 3 saat |
| XI Fəsil – Əlavə dəyər vergisi | 3 saat |
| XII Fəsil – Əmlak vergisi XIII Fəsil – Torpaq vergisi XIV Fəsil – Mədən vergisi |
3 saat |
| XV Fəsil – Aksizlər XVI Fəsil – Yol vergisi XVII Fəsil – Sadələşdirilmiş vergi |
3 saat |
| Ümumi təkrar | Sual-cavab | 2 saat |
Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/
Əlaqə:
Ünvan: Caspian Plaza
