Polşa ilə bağlı maraqlı faktlar (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Polşa1-ci hissə

  • Polyaklar həmişə şikayətlənirlər ki, dağlar cənubda, Baltik dənizi isə şimala düşüb və dəniz suyu lazımi qədər isti olmur. Amma göllərlə bağlı bu xalqın bəxti gətirib. Buzlaqlar çəkildikdən sonra xeyli sayda göllər yaranıb. Mazur gölü isə polyakların ən çox sevdikləri göldür, burada tez-tez qayıq yarışları keçirilir.
  • Polşada havalarda gözlənilməz dəyişiklər hər an baş verə bilər. Qışda bəzən temperatur mənfi 25 dərəcəyədək enə bilər, yayda isə bir o qədər də qızmar günlər olmur. Yazda bir gün ərzində 3 dəfə yağış yağıb dayana bilər və ya dolu düşə bilər. Sonra isə heç nə olmamış kimi gün çıxıb ətrafı hərarətə bürüyə bilər.
  • Polşada etnik, dil və mədəniyyət sarıdan oxşarlıq var. Bundan əlavə, İkinci dünya müharibəsindən sonra Polşanın tərkibinə qatılan Sileziyada bir spesiflik qorunub saxlanılıb. Xüsusilə Yuxarı Sileziyada başa düşülməyən şlönskiy dialektində danışılır.
Həmçinin bax: Hindistan iqtisadiyyatı ilə bağlı 5 maraqlı fakt
  • Polşanın qərb hissəsi şərqinə nisbətən iqtisadi cəhətdən daha çox inkişaf edib. Hətta zarafatla belə bir ifadə də işlədilir ki, qərbi Polşa aqrar şərqindən olan tənbəlləri və sərxoşları qidalandırır.
  • Polşada ölkədaxili miqrasiya problemi özünü elə də kəskin göstərmir. Çünki əksər yerlərdə normal infrastruktur yaradılıb. Məsələn, Varşavadan olan ailə şəhərdə mənzilində yaşaya-yaşaya, özünə şəhərdən kənarda torpaq sahəsi alıb bağ evi tikdirir. Bağ evi hazır olduqdan sonra şəhərdəki mənzilini kirayə verib, özü bağ evində yaşamağa başlayır. Belə hallar çox olur.
  • Öz tarixi ərzində ölkə ərazisi dəfələrlə müxtəlif yerlərə bölünərək işğal olunduğundan, bu hətta Yeni il axşamı uşaqlara hədiyyə gətirən belə deyək, “şaxta babaların” necə adlandırımasına da öz təsirini göstərib. Məsələn, Varşavada bu hədiyyələri Müqəddəs Mikolay, Poznanda – Gvyazodar, Krakovda – Angeloçek, Sileziyada – balaca İsa, şərq rayonlarında isə şaxta baba…
  • Polşada kiçik biznes Avropa ittifaqından ayrılan dotasiyalar və qrantlar hesabına yaşayır. Məsələn, kimsə bir uşaq bağçası açmaq istəyirsə, o, 40-50 min avro miqdarında yardım ala bilər. Və yaxud da iqtisadiyyat üzrə pulsuz kurslar təşkil edib, insanları bu sahə üzrə hazırlaya bilər.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • Polşada 2007-ci ildən belə bir qanun fəaliyyətdədir, həmin qanuna görə ödədiyin vergilirin 1% ictimai faydalı təşkilatların hesabına köçürülür. Belə təşkilatı isə sən özün seçə bilərsən. Ona görə küçələrdə “afrikalı uşaqlara kömək edin” və ya “sahibsiz itlərə yardım edin” kimi reklamlar sizləri təəccübləndirməməlidir.
  • Hazırda Polşada sahibsiz ev heyvanları demək olar ki, yoxdur. Atom elektrik stansiyaları da bu ölkədə yoxdur, ekologiya da burada çox təmizdir. Visla çayı ərazisində çoxlu sayda qağayılar yaşayır. Meşələrdə isə dələlər boldur. Hətta Varşavanın özündə belə tez-tez kirpilərə rast gələ bilirsən.
  • Polşa ərazisində ağ leyləklərin ən böyük populyasiyası yaşayır (dünyadakı leyləklərin 25%). Zubrlar kimi leyləklər də ölkənin simvollarından biri hesab olunur.
  • Polşada zibil, tullantılar çeşidlənərək zibil konteynrlərinə atılır. Bir çox yerlərdə köhnə, yəni, geyilmiş paltarların yığımı üçün də ayrıca konteynerlər qoyulub.
  • Polşa 2004-cü ildən Avropa Birliyinin üzvüdür, 2007-ci ildən isə Şengen zonasına daxil olub.
Həmçinin bax: Allen Carr – Dünyanı dəyişən mühasib

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email