Polşa ilə bağlı maraqlı faktlar (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Polşa Polşa ilə bağlı maraqlı faktlar (2-ci hissə)

  • Ötən əsrin 90-cı illərindən ölkədən mühacir axını başlayıb ki, onun da böyük hissəsi əsasən İngiltərəyə üz tutmuşdu. Polşada həyat səviyyəsi yüksəldikdən sonra mühacirlərin bir çoxu öz vətəninə qayıdıb. Lakin, belə hallarla da rastlaşmaq mümkündür, Polşa xəstəxanalarından birində çalışan həkim istirahət günləri Londona gedir və orada öz xəstələrini qəbul edir. Bu iki gün ərzində vətənində bir həftədə aldığı məvacib qədər pul qazanır.
  • Ölkdə dövlət poliklinikaları pulsuzdur, lakin onların sayı elə də çox deyil. O səbəbdən həkim qəbuluna düşmək üçün ən azından bir ay əvvəldən qəbula yazılmaq lazım gəlir, yaxud şəxsi klinikalara üz tutmalı olursan. Təbii ki, təcili vəziyyətlər üçün istisna halları da var.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

  • ABŞ-ın Çikaqo şəhəri polyakların ən çox yaşadığı ikinci böyük şəhər hesab olunur.
  • Polyakların özlərinin bəyan etdikləri kimi, onlar iki milləti sevmirlər – rusları və almanları. Bu ölkədə həm kommunist, həm də faşist rejimlərinin qurbanlarını əks etdirən ümumi abidələrə rast gələ bilərsən.
  • Almanlar üçün polyaklar kasıb və soyuqqanlı qonşular, eləcə də maşın oğruları kimi xarakterizə olunurlar. Hətta belə bir zarafat da geniş yayılıb: Polyak triatlonu necə nəzərə çarpır? – Hovuza piyada gəldi, geriyə isə velosipedlə qayıtdı.
  • Digər tərəfdən, almanlar da Polşanın yaxınlıqda yerləşməsindən özlərinə məxsus yararlanırlar. Burada qiymətlər Almaniya ilə müqayisədə xeyli aşağıdır. Almanlar istirahət günləri yaxınlıqdakı polyak şəhərlərinə gəlib bazarlıq edirlər.
  • Əgər siz Krakovda küçədə kimdənsə kitabxanaya necə getmək lazım gəldiyini soruşsanız və sizə “prosto” cavabı verilərsə, bu heç də sizi ələ salmaq kimi başa düşülməməlidir. “Prosto”, deməli, “düz” getməlisən deməkdir.
  • Polyak qızları deyildiyi qədər də gözəldirlər, xüsusi dəblə geyinirlər, amma elə də açıq-saçıq deyil. Parlaq rənglərdən, mini yubka və dikdaban ayaqqabılardan adətən qədim peşə sahibləri istifadə edirlər.
  • Polşada ən böyük coşqulu bayramlardan biri – noyabrın 1-də keçirilən bütün müqəddəslər Günüdür. Buna bir növ ölənlərin xatırlanması günü də demək olar. Gecə ilə qəbiristanlığa gəlib, çoxlu sayda şamlar yandırırlar, qaranlıqdan əsər-əlamət belə qalmır. Ümumiyyətlə, abidələr və məzarlar dövrəsində yandırılan çıraqların sayına görə polyakları dünya lideri hesb etmək olar.

Məqalənin 1-ci hissəsini bu inkə daxil olaraq oxuya bilərsiniz.

Həmçinin bax: Allen Carr – Dünyanı dəyişən mühasib


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email