POS-terminallardan istifadə etməyən obyektlər üçün məsuliyyət tədbirləri görüləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

seminar məlumat mübadiləsi xitam POS-terminalVergilər naziri Mikayıl Cabbarov ticarət mərkəzlərində POS-terminalların işləməməsinə münasibət bildirib.

Nazir Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşu zamanı bildirib ki, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşdırılmasına xidmət edir.

M.Cabbarov qeyd edib ki, hökumət bu istiqamətdə tədbirlər görməkdədir: “Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb. Bu, rəqəm dinamikanın və vektorun hansı istiqamətə yönəldiyini göstərir. Eyni zamanda 2016-cı illə müqayisədə POS-terminalların sayında 16 faizə qədər azalma olub. Əgər 2016-cı ildə  80 min 301  POS-terminal var idisə, 1 iyun 2018-ci il tarixə 67 032 POS-terminal qeydiyyatdadır”.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email