Problemli kreditlərlə bağlı Qaynar Xətt yaradılacaq

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanda problemli kreditlər ilə bağlı Maliyyə Nazirliyində Qaynar Xətt yaradılacaq.

Bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlaması zamanı bildirib.

Nazirin sözlərinə görə, kompensasiya ödənişi zamanı borclular, zaminlər və kredit təşkilatları tərəflər arasında hər bir fərdi hala baxılmasına ehtiyac var.

“Problemi kreditlərin həlli ilə bağlı verilmiş sərəncam çərçivəsində şübhəsiz ki, bir çox suallar yaranacaq.Maliyyə Nazirliyinin saytında müvafiq bölmə yaradılıb.

Çox güman ki, 45 gün sonra nazirlikdə Qaynar Xətt də yaradılacaq. Zənglər daxil olarkən operativ şəkildə cavablandırılacaq”, – nazir əlavə edib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email