Publik hüquqi şəxslərə mənfəət vergisi ilə bağlı güzəşt müddətli şəkildə tətbiq olunmalıdır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

mənfəət vergisi ilə bağlı güzəşt “Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin, o cümlədən analitik fəaliyyətin nəticələrinə əsaslanaraq növbəti il üçün nəzərdə tutulan büdcə-vergi siyasətinin hədəflərini büdcə-vergi sisteminin təkmilləşdirilməsinə, eləcə də vergi orqanlarının və vergi ödəyicilərinin fəaliyyətinə əsasən müsbət töhfə verəcəyini qeyd etməklə yanaşı, bəzi məqamların səmərə verəcəyinə optimist yanaşmırıq”.

Bu barədə məlumat “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Bax: Vergi azadolmalarının yüksək rentabelli sahələrdə tədricən aradan qaldırılması zərurəti yaranıb

Rəydə qeyd olunub ki, müvafiq qanunvericilik aktlarına əsasən, dövlət qeydiyyatı kommersiya qurumlarına bərabər tutularaq müvafiq reyestrə daxil edilən publik hüquqi şəxslər – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

“Maddi-texniki bazanın formalaşdırılması məqsədilə yeni yaradılan publik hüquqi şəxslərə fəaliyyətin ilk illərində dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə dəstəyinin verilməsi əsasən təbii proses kimi qəbul edilsə də uzunmüddətli perspektivdə belə yanaşma təbii hesab edilməməlidir. Yəni, publik hüquqi şəxslərin uzun müddət ərzində (misal üçün, 5 ildən artıq müddətdə) dövlət büdcəsindən əvəzsiz əsaslarla ayrılan vəsaitlərdən asılılıqlarının aradan qaldırılmaması (tam və ya əsas etibarı ilə), həmin qurumların büdcə təşkilatı deyil, məhz kommersiya qurumlarına bərabər tutulan publik hüquqi şəxs statusu altında fəaliyyətinin davam etdirilməsinə yenidən baxılması zərurətini yaradacaq. 2019-cu il üçün 19 publik hüquqi şəxs üzrə 405,4 mln. manat məbləğində vəsait nəzərdə tutulub.

Bax: 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilib

Göstərilənləri nəzərə alaraq, Vergi Məcəlləsində publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan müddəaların məhdudlaşdırılması və həmin güzəştin müddətli şəkildə tətbiq olunması daha məqsədəmüvafiq hesab edilir. Gəlirlərin müddətsiz olaraq vergidən azad olunması şəraitində publik hüquqi şəxslər tərəfindən yalnız gəlirlərin əldə olunması ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol verilməsi kimi məhdudiyyətlərə əməl olunmayacağını da əvvəlcədən ehtimal etmək olar ki, bu da maliyyə, mühasibat və vergi uçotunun (xəzinə nəzarəti ilə əhatə olunmayan hesablaşma hesabları vasitəsilə aparılan əməliyyatlar üzrə də) kommersiya qurumunda olduğu kimi deyil, büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnəcək”, – deyə rəydə vurğulanıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email