Pul vəsaitləri və hesablaşmalar haqqında anlayış və onların növləri

posted in: Xəbər | 0
birbank biznes

Pul vəsaitləriİstehsal-kommersiya fəaliyyəti prosesində müəssisələr arasında daimi ola­raq təsərrüfat əlaqələri baş verir, müxtəlif məh­sul­ların alışı və satışı əməliy­yatları yerinə yetirilir. Məhsul (iş, xidmətin) satışından pul vəsaiti daxil olur. Malsatanlar daxil olmuş malların podratçılar tərəfindən yerinə-yetirilən iş və xidmətlərin dəyəri ödənilir.

Bunlardan başqa büdcə, bank, müxtəlif ictimai təş­ki­latlarla, müəssisənin işçi heyəti və digər hüquqi və fiziki şəxslərlə he­sab­laşma əməliyyatları aparılır. Müəssisələr arasında apa­rılan bütün əməliyyatlar pulun köməyi və iştirakı ilə yerinə yetirilir. Beləliklə pul vəsaiti müəssisənin fəaliy­yə­ti­nin davamı etməsi və idarə olunmasında mühüm vasitə rolunu oynayır.

Müəssisə və təşkilatlar arasında aparılan hesab­laş­ma­lar iki formada: nağdnağdsız qaydalarda hə­yata keçirilir.

Həmçinin bax: Pul vəsaitləri və onların ekvivalentlərinin inventarizasiyası

Pul vəsaitinin saxlanması və müəssisələr arasında nağd­siz hesablaş­ma­ların aparılması üçün hər bir müəs­si­sə­nin yerləşdiyi ərazidə olan bankda ona hesablaşma hesabı və digər hesabları açılır.

Bank vasitəsilə aparılmış əməliyyatlar müəssisələr ara­sındakı hesab­laş­ma­lar sistemində ən vacib forma he­sab olunur. Hesablaş­ma­nın bu forması ilə mü­əs­sisələr ara­sında bağlanmış müqavilələr əsasında aparılan alqı-satqı əmə­liyyatlarının və bütün təsərrüfat əməliyyatları ilə əlaqədar olan hesablaşmalar yerinə yetirilir.

Azərbaycan Respublikasında mövcud olan qay­da­la­ra görə mülkiyyət for­ma­sından asılı olmayaraq dövlət, kooperativ, səhmdar, kollektiv, birgə, icti­mai, xü­­susi mülkiyyətli formalı və digər müəssisələr, təşki­latlar və ida­rələr öz pul vəsaitlərini bank idarələrində sax­lama­lı­dırlar.

Müəssisələr cari hesablaşmaları aparmaq və işçi heyətinə əmək haqqının ödənilməsi üçün nəğd pul vəsaitini özlərinə məx­sus kassaya gətirirlər. Müəs­sisələr kassalarında nağd pulu təs­diq edilmiş limit həddində saxlaya bilərlər.

Müəssisələrdə hesablaşma əməliyyatlarının faydalı və məqsədəuyğun təşkili pul vəsaitləri üzrə əməliyyatların, hesablaşma və kre­dit əməliyyatlarının aparılması səviyyəsindən xeyli ası­lı­dır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email