Pul vəsaitlərinin uçotdan gizlədilməsi halları necə müəyyən edilir?
Sual: VM 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Burada pul vəsaitlərinin uçotdan gizlədilməsi və uçota alınmaması dedikdə, konkret hansı hallar nəzərdə tutulur?
Cavab: Bildiririk ki, nəzarət tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) mövcud olan malların və pul vəsaitinin uçotunu təsdiq edən uçot sənədlərinin və ya elektron faylların 1 iş günü ərzində vergi orqanının vəzifəli şəxsinə (şəxslərinə) təqdim edilməsi üçün vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə Vergi Məcəlləsinin 42-ci və 50.5-ci maddələri ilə müəyyən edilmiş qaydada dərhal Tələbnamə təqdim olunur.
Tələbnamə əsasında vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər (uçot sənədləri) qanunla müəyyən olunmuş müddət ərzində təqdim edildikdə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarının aşkar edilməsi məqsədi ilə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən tərtib olunmuş siyahı ilə vergi ödəyicisinin təqdim etdiyi təsdiqedici sənədlər (uçot sənədləri) üzləşdirilir.
Üzləşdirmə nəticəsində malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması halları aşkar edildikdə, tərtib olunmuş siyahıda qeydlər aparılır. Operativ vergi nəzarəti tədbiri zamanı malın (işin, xidmətin) satışından daxil olmuş pul vəsaitinin uçota alınmaması faktları aşkar edildiyi halda, həmin vəsait uçotdan gizlədilmiş pul vəsaiti kimi qiymətləndirilir. Vergi ödəyicisinin uçot sənədlərində (NKA-ya mədaxil edilməklə və ya ciddi hesabat blankında əks etdirilməklə) bərpa edilir.
Əsas: Vergi Məcəlləsinin 42-ci və 50-ci maddələri, Azərbaycan Respublikasının Vergilər nazirinin 14.01.2020-ci il 2017040100044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalar.
Mənbə: taxes.gov.az
Bax:
Qeyri-rezidentə ödənilən məbləğə görə əvvəlcədən ödənilən ƏDV-nin məbləğini əvəzləşdirə bilmərik?
Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?
Şirkət əvvəlki illərdə alınmış daşınmaz əmlakını satarkən vergilər necə hesablanmalıdır?
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Xarici ölkədə çalışan Azərbaycan vətəndaşı hansı hallarda öz ölkəsində gəlir vergisi ödəməlidir?
Xəbardarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı məbləği MDSS-ə cəlb edilir?
Yol vergisi malın dəyərinə aid edilməlidirmi?
Qeyri-rezident öz təsis payını digər qeyri-rezidentə satdıqda vergi öhdəlikləri necə hesablanır?
Xüsusi hallar üçün əlavə dəyər vergisi tutulan əməliyyatın vaxtı