Qadın mühasib 194.000 manat pulu necə mənimsədi???

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Primorskiy diyarında mühasib dələduzluq yolu ilə 6,5 milyon rublu (194.000 manat) mənimsəyib.

Primorskiy diyarı üzrə Rusiya DİN-nin iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları kənd təsərrüfatı müəssisəsinin mühasibi tərəfindən pulların mənimsənilməsi faktını aşkar ediblər.

Sözügedən cinayət hadisəsi ilə bağlı PRİMPRESS agentliyi məlumat yayıb.

“2015-ci ilin yanvar ayından, 2017-ci ilin oktyabr ayına kimi qadın mühasib öz xidməti vəzifəsindən sui-istifadə edərək məhsulların realizəsi ilə bağlı tərtib olunan mal fakturalarını saxtalaşdırmaq yolu ilə külli miqdarda pul oğurlamağa nail olub”.

Hesabatlarda mühasib müxtəlif məbləğlər göstərib. Belə ki, birinci növ kimi satılan xiyar məhsulunu sənədlərdə üçüncü növ kimi göstərib və bu zaman yaranan fərqi öz cibinə qoyub. Bu minvalla qadın müəssisəyə 6,5 milyon rubl məbləğində maddi ziyan vurub.

Axtarış Rusiya milli qvardiyasının dəstəyi ilə həyata keçirilib. Axtarış zamanı elektron daşıyıcılar və mühasibatlıq sənədləri müsadirə edilib.

Sözügedən fakt üzrə müvafiq maddə ilə cinayət işi qaldırılıb ki, həmin maddənin sanksiyasında on ilədək həbs müddəti nəzərdə tutulub.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email