Qadınlar üçün ödənişsiz təlim

posted in: Xəbər | 0
birbank biznes

Wowoman və Business Management School arasında imzalanan əməkdaşlıq memorendumu əsasında hər iki təşkilatın müxtəlif mövzularda bərabər təlimlər və tədbirlər təşkil etməsi nəzərdə tutulmuşdur. Bu əməkdaşlığa 10 Fevral 2018-ci il tarixində baş tutacaq “Əmək Məcəlləsi və Kadr Kargüzarlığı”təlimi ilə start veriləcəkdir.

“Business Management School” MMC öz fəailiyyətinə 2015-ci ildən başlamışdır. Fəaliyyətimizin əsas istiqaməti Azərbaycan hüdudlarında biznesin inkişafı üçün ehtiyac duyulan ixtisaslara aid yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlərin təşkil olunması və peşəkar kadrların hazırlanmasında rol oynamaqdır. Business Management School MMC-nin bu günə kimi İnsan Resursları, Təchizat Zənciri, Marketinq, Satış, PR, Maliyə və mühasibatlıq, Layihələrin idarə edilməsi , İstehsalat və s. sahələri üzrə keçirdiyi təlimlərdən 600-dən çox məzunu olmuşdur.
2016-cı ildən etibarən “Business Management School” “Sigma Center”ın Azərbaycandakı rəsmi təmsilçisi ünvanını əldə etmişdir.
Müştəriyönümlü siyasət nəticəsində Business Management School fəaliyyət istiqamətini genişləndirərək təlim-tədris sahəsi ilə yanaşı, karyera inkişafında, şirkətlərdə insan resursları sisteminin qurulmasında, biznesin müxtəlif istiqamətlərində konsultasiya xidmətləri, o cümlədən tədbirlərin təşkilində də öz
tövhəsini vermişdir.

Bunun nəticəsidir ki, Business Management School 2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən “HR Summit Baku”nun təşkilati dəstəkçisi olmuşdur.

Təlimdə tədris ediləcək mövzular:

1. Əmək hüququ üzrə anlayışlar və tənzimləyici hüquqi aktlar
2. İşçinin işə qəbulu üzrə rəsmiləşdirmə, düzgün sənədləşdirmə qaydaları
3. İşçinin vəzifə dəyişikliyi və onun rəsmiləşdirmə qaydası
4. İşçiyə digər əmək funksiyasiyalarının müvəqqəti həvalə edilməsi qaydaları
3. İşçilərin iş vaxtlarının tənzimlənməsi, müxtəlif iş vaxtı növlərinin və rejimlərinin formalaşdırılması
4. Əmək müqaviləsinə xitam verilməsi əsasları və xitamın sənədləşməsi
5. Əmək Məcəlləsinə yeni dəyişikliklərin müzakirəsi

İştirak ödənişsizdir.
Qeydiyyat üçün link: https://goo.gl/NJvU6w

Başlama saatı: 12:00
Tarix: 10 Fevral, 2018
Məkan: Barama İnnovasiya Mərkəzi

Mənbə: WoWoman Azerbaijan

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email