Qadınların əmək hüquqları

posted in: Xəbər | 0
birbank biznes

Hər bir insan cinsindən asılı olmayaraq, əmək fəaliyyəti dövründə öz şərəf və ləyaqətini qorumaq hüququna malikdir. Əksər ölkələrin Əmək qanunvericiliyində əmək fəaliyyəti ilə bağlı münasibətlərdə cinsi ayrı-seçkiliyə yol verilməsi qəti şəkildə qadağan olunub. Bu o deməkdir ki, əmək müqavilələri bağlanılarkən, məvaciblərin müəyyən edilməsi və iş öhdəliklərinin yerinə yetirilməsi zamanı kişilər və qadınlar bərabər hüquqlara malikdirlər.

Bir sıra qanuni qadağalar var ki, onlar uşaqlı və hamilə qadınların hüquqlarının qorunmasını təmin edir.

O cümlədən qadağan edilir:

  • hamiləlik və ya kiçik yaşlı uşaqlarının olması səbəbiylə qadınlarla əmək müqaviləsi bağlanılmasından imtina etmək;
  • işəgötürənin təşəbbüsü ilə hamilə qadınların işdən çıxarılması (bu qadağa bəzi istisnalarla 3 yaşınadək uşağı olan qadınlara, eləcə də 14 yaşına kimi uşaqları olan tək analara da şamil olunur);
  • hamilə və ya himayəsində yaşı 1,5 ildən yuxarı olmayan uşaqları olan qadınlarla əmək müqaviləsi bağlanarkən, sınaq müddəti təyin etmək;
  • hamilə qadınları ezamiyyətə göndərmək, istirahət günlərində, gecə növbələrində və ya iş vaxtından artıq müddətdə işlərə cəlb etmək.
  • hamilə qadınları analıq məzuniyyətindən geri çağırmaq və onların məzuniyyət günlərini pul ilə kompensasiya etmək.

Hamilə qadınlar və 1,5 yaşa kimi uşaqlarını böyüdən anaların uşaqlarının qidalandırılması ilə bağlı müntəzəm fasilələr götürmək hüquqları var. Eləcə də onların həmin müəssisədə daha yüngül işlərə keçirilmələrini tələb etmək hüquqları var.

3 yaşına kimi uşaqları olan analar üçün də bəzi imtiyazlar təyin edilib. Misal üçün, onlar uşağa baxmaqla bağlı məzuniyyət götürə bilərlər ki, bu zaman onun iş yeri qorunub saxlanılmalıdır.

İşəgötürən bu cür qadınları ezamiyyətə göndərmək, iş vaxtından artıq fəaliyyətə cəlb etmək, gecə növbəsinə, istirahət və ya bayram günləri işə çağırmaq üçün onlardan yazılı şəkildə razılıq almalıdır. Eyni zamanda, bu cür fəaliyyətlər üçün həm də tibbi göstəricilərin buna imkan verməsi barədə razılıq olmalıdır. Qeyd etmək lazımdır ki, qadının həmin işlərdən imtina etmək hüququ vardır və işəgötürən qadını həmin hüququ ilə tanış etməyə borcludur.

Uşağa baxmaqla bağlı məzuniyyətdə olduğu dövrdə qadının tam olmayan iş qrafiki ilə işləmək hüququ vardır.

Yetkinlik yaşına çatmayan uşaqları olan tək analar da belə bir hüquqa malikdirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email