Qaimə-fakturalar ilə rəsmiləşdirilmiş dövriyyələrin sektorlar üzrə bölgüsü

posted in: Xəbər | 0
birbank biznes

E-qaimə faktura2019-cu ilin yanvar-may ayları üzrə elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş dövriyyənin həcmində artım qeydə alınıb. Ötən ilin ilk 5 ayında qeyri-neft sektorunun dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən dövriyyələrin ümumi həcmi 59,5 faiz təşkil etdiyi halda, bu ilin eyni dövründə həmin göstərici 65,7 faizə yüksəlib.

Qeyri-neft sektorunun ayrı-ayrı sahələri arasında bu sırada birinci yeri tikinti tutur. Belə ki, cari ilin ilk 5 ayı ərzində tikinti sektorunda elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş dövriyyənin həcmi 91,4 faiz artıb. İkinci yeri 82,1 faizlə kənd təsərrüfatı, üçüncü yeri 80,4 faizlə sənaye, dördüncü yeri 69,5 faizlə xidmət, beşinci yeri isə 58,4 faizlə ticarət sektoru tutur. Hesabat dövründə rabitə sektorunda elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş dövriyyənin həcmində 50,9 faiz, nəqliyyatda 43,8 faiz, bank və sığortada 34,6 faiz artım qeydə alınıb.

Xatırladaq ki, elektron qaimə-fakturaların tətbiqi 2017-ci il aprelin 1-dən əlavə dəyər vergisinin ödəyiciləri, 2018-ci il yanvarın 1-dən isə digər vergi ödəyiciləri üçün imperativ xarakter daşıyır. Rəsmi statistikadan da göründüyü kimi, bu il elektron qaimə-fakturaların tətbiqi səviyyəsində ayrı-ayrı sektorlar üzrə müsbət irəliləyişlər müşahidə olunur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
qaimə-fakturalar qaime
Print Friendly, PDF & Email