Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edildi

posted in: Xəbər | 0
birbank biznes

Kapital Bank, kibertəhlükəsizlik, daxili ipoteka, Kapital Bank-ın reytinqi, Kapital Bank Sberbank, Smart tələbə kartı, Ölkə prezidentinin müvafiq göstərişlərinə əsasən, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında mənzillə təminat proqramı  xüsusi yer tutur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir ki, Kapital Bank da bu işə öz töhfəsini verdi.

Belə ki, Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələr kateqoriyasına aid olan şəxslər üçün müxtəlif tədbirlər həyata keçirir. Bu dəfəki sosial aksiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilərək, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Kapital Bank-ın Filial Şəbəkəsinin İdarə Edilməsi departamentinin direktoru Tural Ayvazlı iştirak edib. Şirvan rayonu, Nəriman Nərimanov küçəsi 4 ünvanında yerləşən, 4 mərtəbəli, 3 bloklu binada 68 ədəd mənzil, sahiblərinə təqdim edildi.

Qeyd edək ki, mənzillər təmirli olmaqla, yerləşdiyi ərazidə idman və uşaq meydançası yaradılıb. Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 6-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları isə üçotaqlıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email