Hücuma məruz qalan mühasib qadın

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Vladivostokda qarət məqsədilə mühasibə hücum edilib.

Vladivostokda federal dövlət idarələrindən birində mühasib işləyən qadına küçədə bir nəfər qarət məqsədilə hücum edib.

Hadisə belə baş verib: Qadın küçə ilə hərəkət edərkən, qarətçi onun üzərinə hücum çəkərək əlindəki pul olan çantanı alaraq qaçıb. Mənbənin məlumatına görə, qarət hadisəsi Sovetskiy rayonu ərazisindəki binalardan birinin yaxınlığında baş verib. Zərərçəkən işdən evə qayıdırmış. Naməlum kişi çantanı onun əlindən alaraq, dərhal qaçıb. Amma, polisin isti izlərlə axtarışı öz bəhrəsini verib və qarətçi artıq saxlanılıb. Dövlət idarələrindən birində çalışan qadının sözlərinə görə, qarətçinin apardığı çantada pullar, sənədlər və iki mobil telefon cihazı olub. Qadın polislərə kişinin əlamətlərini dəqiq təsvir edə bildiyindən, onun ələ keçirilməsi elə də çətinlik törətməyib. Həmin şəxs 42 yaşlı yerli sakin olub və öz təqsirini tam şəkildə etiraf edib. Qarət faktı üzrə cinayət işi qaldırılıb. Kişini uzunmüddətli həbsxana cəzası gözləyir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email