- Dünyada o qədər almaz mövcuddur ki, planetin hər bir sakininə bundan bir dolu fincan düşə bilər.
- Böyük Britaniyada il ərzində insanı həbsxanada saxlamaq 45 min funt sterlinqə başa gəlir – bu onun təhsil alması üçün ödəniləcək məbləğdən yarım dəfə çoxdur.
- Amerikada piar sahəsində çalışanların sayı jurnalistlərin sayından üç dəfə çoxdur.
- Viktorian rəhbərliyi dəmiryolu ilə səyahətə çıxan qadınlara qatar tunelə daxil olarkən, qaranlıqda xoşagəlməz öpüşlərdən can qurtarmaq üçün ağızlarında sancaq tutmağı məsləhət görüblər.
- Planetimizdə uran gümüşdən 40, qızıldan isə 500 dəfə daha çox yayılıb.
- Ağ və qara kərgədanlar – eyni rəngdə olur.
- Dünyada butulkalara doldurularaq satılan suların 40% adi kran suyudur.
- XIX əsrdə və XX əsrin əvvəlində bütün dişlərin çıxarılaraq, yerinə protez dişlərin qoyulması 21 yaşı tamam olanlar üçün gözəl hədiyyə hesab olunurmuş.
- 1938 və 1960-cı illər arası çəkilən fotoşəkillərin yarısından çoxu körpələrə aid olub.
- XVIII əsrdə fransız donanmasında ölənləri gəminin anbarında basdırırdılar.
- Bəşəriyyətin mövcud olduğu dövrdən bu yana insanların 40%-i 1 yaşına çatmadan vəfat edib.