fbpx

Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi işə qəbulQeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb.


2019-cu ilin yanvar ayında qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 9.829 (1.122 hüquqi şəxs, 8.707 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,1 faiz çoxdur.

Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 48,9 faizi regionların payına düşüb. Bununla da 1 fevral 2019-cu il tarixinə vergi orqanlarında qeydiyyatda olan ödəyicilərin ümumi sayı 979.330-a çatıb. Ay ərzində 1.083 kommersiya hüquqi şəxsin 63,7 faizi; 8.707 fiziki şəxsin isə 3,3 faizi qeydiyyatdan elektron qaydada keçib. 2019-cu ilin ilk ayında qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4.332 olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.


Yeni nəsil kassa aparatları quraşdırılandan sonra yoxlama aparılmayacaq

Qeydiyyatdan keçmiş NKA-ların sayı 2.293, POS-terminalların sayı isə 890 olub ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə müvafiq olaraq 82,7 faiz və 26,8 faiz çoxdur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!