Qeyri-iş günlərində əmək haqqı hesablanmalıdırmı?

posted in: Xəbər | 1
birbank biznes

Qeyri-iş günlərində əmək haqqı

ƏDV məbləği, MDSS, Orta aylıq əmək haqqı məbləğiAzərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı son aylarda Nazirlər Kabineti iqtisadi subyektlər üçün iş günlərini azaldıb. Bu məsələ ilə bağlı sahibkarlarda, mühasiblərdə, kadrlar üzrə mütəxəssislərdə müxtəlif suallar yaranır: qeyri-iş günlərində əmək haqqı hesablanmalıdırmı? Tabellər necə doldurulmalıdır? İstehsalat təqviminin və iş vaxtının normasının dəyişdirilməməsi dedikdə nə başa düşülür? Suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.

Normal halda, bayram günləri və ya istirahət günləri qeyri-iş günləridir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarlarından göründüyü kimi, fors-major hallarında xüsusi iş (əmək) rejimi tədbiq edilməklə qeyri-iş günləri müəyyənləşdirilib. Yəni qeyri-iş günü kimi göstərilən bu tarixlər nə bayram, nədə də istirahət günləridir, sadəcə ümumi bir anlayış kimi qeyri-iş günüdür. Ona görə də qanunvericiliyin tələbinə görə qeyri-iş günlərində işçilərin əmək haqqı ödənilməlidir və işləmədiyinə görə onlar sonradan əlavə işə cəlb edilə bilməzlər.

Burada digər vacib bir məqam var. Nazirlər Kabinetinin son qərarında “xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir” yazılıb. Bu məsələyə misallarla aydınlıq gətirək.

Misal 1: Tutaq ki, “AA” MMC beşgünlük iş rejimi ilə işləyir və may ayında normal fəaliyyət göstərir. Şirkət 2020-ci ilin may ayı üçün tabeldə iş günlərini və iş saatlarını necə əks etdirməlidir?

Bu il üçün iş vaxtı norması və istehsalat təqvimi ötən ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilib. Bütün iqtisadi subyektlər öz iş rejimlərinin müxtəlifliyinə baxmayaraq iş vaxtını və istehsalat təqvimini normalara uyğunlaşdırmalıdır. 2020-ci ilin may ayı üçün beşgülük iş rejimində çalışanlara 134 saat norma qoyulub. Amma Nazirlər Kabineinin bu qərarına görə beşgünlük iş həftəsi ilə işləyənlər üçün 29 may qeyri-iş günü müəyyənləşdirilib. Deməli, may ayı üçün faktiki işlənilən saatların həcmi 134 yox 126 (134-8) olacaq. Həmçinin, normal halda praktiki olaraq iqtisadi subyektlər iş vaxtının uçotunu, işçilərin işə davamiyyətini aparmaq üçün tabel tuturlar. Tabelin hansı formada tutulmasından asılı olmayaraq orada ən azı işçilərin ay ərzində işlədiyi və işləmədiyi iş günləri, iş saatları haqqında məlumatlar olmalıdır. Beləliklə, işçilərin faktiki olaraq işləmədiyi günləri tabeldə işləmiş kimi yazmaq düzgün olmaz.

Məsələn, tabeldə 29 mayda işçinin işləməsi yazılarsa və həmin gün işçi tərəfindən hər hansı bir inzibati xəta və ya cinayət əməli törədilərsə, müəssisə üçün böyük problemlər yaranar. İşçi həmin gün faktiki olaraq işləmədiyinə görə tabeldə qeyri-iş günü göstərilməlidir. Amma həmin gün üçün əmək haqqı saxlanılmalı və işçiyə tam ödənilməlidir.

Misal 2: Tutaq ki, “AA” MMC altıgünlük iş rejimi ilə işləyir və 2020-ci ilin may ayında normal fəaliyyət göstərir. Şirkət bu ay üçün tabeldə iş günlərini və iş saatlarını necə əks etdirməlidir?

Altıgünlük iş rejimində işləyən iqtisadi subyeklər üçün əmək haqqı hesablamaları və ödəmələri yuxarıdakı misaldakı kimidir. Amma tabeldə 23, 29, 30 may günləri qeyri-iş günü kimi yazılacaqdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

  1. Heydər
    |

    Salam! Çox aydın və səlist formada izah olunub. Qeyri iş günlərində məsələn 5 günlük iş həftəsində istehsalatla məşğul olan təsərrüfat subyekti şənbə günü istehsal etdiyi və ya aldlğl mallara satış məqsədi ilə elektron qaimə tərtib edib alıcıya göndərə bilərmi? Əgər mümkünsə bu barədə məlumat verərdiniz! Çox sağ olun!