Qeyri-maddi aktivlər nədir?

posted in: Ümumi | 0

Qeyri-maddi aktiv – fiziki formaya malik olmayan, müəyyən edilə (eyniləşdirilə) bilən qeyri–pul aktividir.

Bəzi qeyri-maddi aktivlər material daşıyıcılarda yerləşir, məsələn, proqram təminatı disketə yazıla bilər və ya aparat platformasına quraşdırıla bilər, ona görə də aktivi lazımi qaydada təsnifləşdirmək üçün elementlərdən hansının daha üstün olmasını müəyyən etmək lazımdır (maddi və ya qeyri-maddi aktiv).

Qeyri-maddi aktivə patentlər, müəllif hüquqları (məsələn, proqram təminatına), lisenziyalar, intellektual mülkiyyət (məsələn, təcrübə konstruktor işləri nəticəsində əldə edilmiş texniki bilik), ticarət markaları, brendlər nəşriyyat adları, kinofilmlər videofilmlər, müştəri (daimi) bazası aid olunur.

Qeyri-maddi aktiv müvafiq (yuxarıda qeyd olunmuş) anlayışına və aşağıdakı tanınma meyarlarına cavab verdiyi halda tanınmalıdır:

– bu aktivlə bağlı gözlənilən gələcək iqtisadi səmərənin müəssisəyə daxil olması ehtimal olunur;

– aktivin dəyərini etibarlı şəkildə qiymətləndirmək mümkün olur.

Əsaslandırılmış və münasib fərziyyələrdən istifadə etməklə gələcək iqtisadi səmərənin olma ehtimalını qiymətləndirmək lazımdır, bu zaman kənar sübutlara daha çox üstünlük verilməlidir. Beləliklə, qeyri-maddi aktivin tanınma meyarları qısaca olaraq belədir: müəyyən edilmə, nəzarət, mövcud olan gələcək iqtisadi səmərə, həmçinin dəyərin etibarlı şəkildə qiymətləndirilməsi.

İlkin tanınmada qeyri-maddi aktivlərin qiymətləndirilməsi onların əldə etmə üsulundan asılıdır. Qeyri-maddi aktiv 1) ayrı, 2) müəssisələrin birləşməsi prosesində, 3) dövlət subsidiyası vasitəsilə, 4) mübadilə yolu ilə və ya 5) daxili imkanlar hesabına (ETTKİ (elmi tədqiqat və təcrübə konstruktor işləri) nəticəsində) əldə oluna bilər.Əgər hər hansı оbyekt bu Standartın əhatə dairəsinə aid olan qeyri-maddi aktiv anlayışına uyğun gəlməzsə, aktivin əldə edilməsi və ya muəssisənin daxili imkanları hesabına onun əmələ gəlməsi ilə bağlı yaranan məsrəflər yarandığı andan xərc kimi tanınmalıdır. Lakin, əgər aktiv muəssisələrin birləşməsi nəticəsində əldə edilirsə, o, alış tarixində tanınmış qudvilin bir hissəsini təşkil edir. Qeyri-maddi aktiv aşağıdakı meyarlar əsasında muəyyən edilir:

(a) qeyri-maddi aktivin identifikasiyası (muəyyən edilə bilməsi); (b) nəzarət; (c) gələcək iqtisadi səmərə.

Qeyri-maddi aktivin qudvildən fərqlənməsi ilk novbədə onun identifikasiya oluna bilməsini tələb edir. Muəssisələrin birləşməsi nəticəsində əldə olunan qudvil, fərdi qaydada identifikasiya edilməsi və ayrıca tanınması qeyri-mumkun olan aktivlərdən gozlənilən gələcək iqtisadi səmərəni əldə etmək umidilə alıcı tərəfindən odənilmiş vəsaiti təmsil edir. Qudvilin identifikasiya оlunmaması səbəbindən o, hazırkı Standartın müddəalarına aid edilmir.Aktiv yalnız aşağıdakı hallarda qeyri-maddi aktiv anlayışı kontekstində identifikasiya oluna bilmə meyarına uyğun gəlir:

(a) aktiv muəssisədən ayrıla, həmcinin fərdi qaydada və ya muqavilə, digər aktiv və (və ya) ohdəliklə bərabər хaric оluna bilər;

(b) aktivin istifadəsi uzrə huquqların həvalə edilməsi mumkunluyu və ya оnların muəssisədən və ya digər huquq və ohdəliklərdən ayrıla bilinməsindən asılı оlmayaraq, aktiv muqavilə və digər huquqlardan yarana bilər. Nəzarət qeyri-maddi aktivi muəyyən edən meyarın ikinci əsas elementidir. Bu kontekstdə, nəzarətin movcud olması, muəssisənin oz resursları vasitəsilə gələcək iqtisadi mənfəətə nail olması niyyəti və digər təsərrufat subyektlərinin həmin mənfəətə sahib cıxma imkanlarını məhdudlaşdırmaq bacarığı ilə təsdiqlənir.

Muəssisə tərəfindən qeyri-maddi aktivdən əldə olunacaq gələcək iqtisadi mənfəətə nəzarət etmək səlahiyyəti adətən məhkəmənin tətbiq etdiyi qəralara əsasən həyata kecirilir. Lakin, muəssisə gələcək iqtisadi mənfəətə nəzarəti hər hansı başqa yolla numayiş etdirə bilirsə, məhkəmə yolu ilə bu problemin həll edilməsi əsas şərt kimi hesab edilmir.

Qeyri-maddi aktivlərdən istifadə etməklə gələcək iqtisadi səmərədən bəhrələnmək ehtimalı bu aktivi muəyyən edən meyarın ucuncu əsas elementidir. Qeyri-maddi aktivlərdən əldə olunan gələcək iqtisadi səmərəyə məhsulların satışından ya xidmətlərin gostərilməsindən alınan gəlir, məsrəflərə qənaət yaxud muəssisə tərəfindən aktivlərin istifadəsindən yaranan digər səmərələr aid edilə bilər.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *