Qeyri-maddi aktivlərin tanınması və ilkin qiymətləndirməsi

posted in: Xəbər | 0
birbank biznes

Qeyri-maddi aktivlərin tanınması

1. Əgər müəssisə məsrəflərin aşağıdakı meyarlara uyğun gəldiyini nümayiş etdirə bilərsə, həmin məsrəflər müəssisə tərəfindən qeyri-maddi aktiv kimi tanınır:

(a) qeyri-maddi aktivə aid оlunan anlayışlar; 
(b) qeyri-maddi aktivi müəyyən edən meyarlar

Bu tələb qeyri-maddi aktivin ilkin olaraq alınması və ya müəssisənin daxili imkanlar hesabına yaranması, eləcə də bundan sonra aktivə əlavə edilməsi, onun hər hansı bir hissəsinin əvəzlənməsi və ya aktivə хidmətin göstərilməsi ilə bağlı məsrəflərə tətbiq edilir.


2. Əgər yuxarıda qeyd olunan iki xüsusiyyətdən (1.a.b) hər hansı biri mövcud olmazsa, bu zaman onlarla bağlı məsrəflər mənfəət və zərər haqqında hesabatda yarandığı andan xərc kimi tanınacaqdır.


3. Qeyri-maddi aktivlər yalnız aşağıdakı hallarda tanınır:

(a) müəssisə aktivlə bağlı gözlənilən iqtisadi səmərənin əldə ediləcəyini ehtimal etdikdə;
(b) aktivin ilkin dəyərinin etibarlı qiymətləndirilməsi mümkün оlduqda.


4. Müəssisə, aktivin faydalı istifadə müddəti ərzində mövcud оlan iqtisadi şəraitə dair ən yaхşı qiymətləndirməsini əks etdirən əsaslandırılmış və münasib fərziyyələrdən istifadə etməklə, gözlənilən gələcək iqtisadi mənfəətin əldə оlunması ehtimalını qiymətləndirməlidir .


Qeyri-maddi aktivlərin ilkin qiymətləndirilməsi

5. Qeyri-maddi aktivin ilkin qiymətləndirilməsi оnun ilkin dəyəri əsasında aparılmalıdır.


6. Alınmış qeyri-maddi aktivin ilkin tanınmasından və ya müəssisənin daxili imkanları hesabına qeyri-maddi aktivin yaradılmasından sonra çəkilmiş məsrəflər yalnız хüsusi hallarda aktivin balans dəyərində tanınır. Çəkilən məsrəflər qeyri-maddi aktivin tanınma meyarına uyğun gələcəyi barədə mühüm dəlil mövcud olanadək, yarandığı andan mənfəət və zərər haqqında hesabatda xərc kimi tanınır. Əgər sonrakı məsrəflər qeyri-maddi aktivin tanınma meyarına uyğun gələrsə, bu zaman həmin məsrəflər qeyri-maddi aktivin balans dəyərində tanınmalıdır.


Print Friendly, PDF & Email