Qeyri-rezident bəyannaməni necə verməlidir?

posted in: Xəbər | 0
birbank biznes

Sual: VM-nin 149.6-cı maddəsinə görə qeyri-rezident bəyannaməni necə verməlidir? Xahiş ediəm bu proseduru ardıcıllıqla izah edəsiniz.

Cavab: Bildiririk ki, qeyd olunan maddə ilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin bəyannamə verməklə, ödəmə mənbəyində artıq tutulmuş verginin qaytarılması tələbini irəli sürə bilməsi hüququ aşağıdakılarla şərtləndirilmişdir: – bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir; – vergi ödəyicisinin gəlirindən qeyri-rezidentin Azərbaycan Respublikasında daimi nümayəndəliyinin gəliri kimi 20%-lə vergi tutulur; – vergi ödəyicisinin gəlir əldə edilməsi ilə bağlı olan xərci daimi nümayəndəliyin xərcində olduğu kimi, yəni Vergi Məcəlləsinin X fəslinin müddəalarına uyğun olaraq gəlirdən çıxılır; – hesablanan verginin məbləği Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin məbləğindən artıq olmamalıdır. Qeyd olunan şərtlərə əməl olunmaqla, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident gəlir haqqında bəyannamə verməklə, ödəmə mənbəyində artıq tutulmuş verginin qaytarılması tələbini irəli sürmək hüququndan istifadə edə bilər. Bəyannamənin təqdim olunması üçün isə qeyri-rezident şəxs ilkin olaraq Azərbaycan Respublikasında vergi orqanında vergi uçotuna durmalıdır.

Bax: Vergi Məcəlləsinin 149.6-cı maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email