fbpx

Qeyri-rezidentə ödənilmiş ƏDV nə zaman əvəzləşdirilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Əvəzləşdirilməyən ƏDVSual: Qeyri rezidentin göstərdiyi xidmətlər üzrə ƏDV nə zaman əvəzləşdirilməlidir? Qeyri rezidentin göstərdiyi xidmət üzrə Əlavə Dəyər Vergisinin dövlət büdcəsinə ödənildiyi vaxt, yoxsa qeyri rezidentə xidmət dəyəri ödənildiyi vaxt əsas götürülür? Xidmətin dəyəri ödənilmədən Əlavə Dəyər Vergisinin ödənilməsi əvəzləşdirməyə əsas verirmi? (EDV)

Məsələn, qeyri rezident Yanvar 2019 dövründə xidmət göstərmişdir və həmin ayda ƏDV hesablanaraq bəyan edilmişdir. Qeyri rezident üzrə Əlavə Dəyər Vergisi fevral ayında büdcəyə ödənilmişdir, xidmətin dəyəri isə Martda ödənilmişdir. Qeyri rezident üzrə ƏDV-nin fevral ayında əvəzləşdirilməsi doğrudurmu?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Cavab: Bildiririk ki, Əlavə Dəyər Vergisinin hesablanması qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlər müvafiq aktla təsdiq edilərək qəbul edildiyi ayın ƏDV bəyannaməsində, qeyri-rezident tərəfindən yerinə yetiriləcək işlərin dəyəri, qabaqcadan ödənildiyi halda ödəmənin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilməlidir.

Əlavə Dəyər Vergisinin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi agentinin qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərə, göstərilmiş xidmətlərə görə hesablanmış və ödənilmiş Əlavə Dəyər Vergisi məbləğlərinin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 169.4-cü maddəsində təsbit edilmişdir. Həmin maddənin müddəalarına əsasən hesablanmış Əlavə Dəyər Vergisinin ödənilməsini təsdiq edən ödəmə sənədi Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə Əlavə Dəyər Vergisinin əvəzləşdirilməsinə əsas verən elektron vergi hesab-fakturadır. Elektron vergi hesab-fakturası ödənilmiş Əlavə Dəyər Vergisi məbləğlərinin əvəzləşdirilməsinə əsas verən şərtlərdən biridir.

Qeyd olunanlara əsasən qeyri-rezident tərəfindən göstərilmiş xidmətlər, görülmüş işlər üçün hesablanıb ödənilmiş Əlavə Dəyər Vergisi məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinin bütün tələbləri yerinə yetirildiyi halda əvəzləşdirilir.

Buna əsasən sorğuda göstərilən halda qeyri-rezidentin göstərdiyi xidmətlərə görə hesablanıb ödənilmiş Əlavə Dəyər Vergisi məbləğləri həmin xidmətlərin əsas məbləğinin qeyri-rezidentə ödənildiyi ayın, yəni mart ayının ƏDV bəyannaməsində əks etdirməklə əvəzləşdirilir.

Mənbə: taxes.gov.az


ƏDV, EDV Qeyri rezident
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!