Qeyri-rezident tərəfindən daimi nümayəndəliklə bağlı olmayan əmlakın təqdim edilməsi hansı əməliyyatlara aiddir?

posted in: Xəbər | 0
birbank biznes

əmlakın təqdim edilməsi Sual: Öyrənmək istərdim ki, Vergilər Məcəlləsinin 104.4-cü maddəsində qeyd olunmuş qeyri-rezidentin hüquqi şəxsin daimi nümayəndəliklə bağlı olmayan tərəfindən əmlakın təqdim edilməsi hallara hansı əməliyyatlar aiddir. Vergilər Məcəlləsinin 13.2.21-ci maddəsində qeyd olunmuş əmlak anlayış qədər geniş anlayışdır. Bu halda qeyri-rezident hüquqi şəxs 104.4-cü maddəsinə istinadla iştirak payının təqdim edilməsi əmlakın təqdim edilməsi kimi qiymətləndirərək yaranan gəlirlərdən xərcləri nəzərə alınmaqla vergi tutululmasını tələb edə bilər mi? 149.6-ci maddəsində göstərilmiş prosedurdan keçməyərək?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin məqsədləri üçün “əmlak” dedikdə hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri nəzərdə tutulur.
Bununla yanaşı Vergi Məcəlləsinin 104.4-cü maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən bu Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur. Göründüyü kimi maddənin müddəaları Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəyə münasibətdə tətbiq olunur.
Eyni zamanda Vergi Məcəlləsinin 13.2.16.6-cı maddəsinin müddəalarına əsasən rezident hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.
Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər, o cümlədən bu Məcəllənin 13.2.16.2-ci, 13.2.16.10-cu (Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir istisna olmaqla), 13.2.16.12-ci (Azərbaycan Respublikasındakı daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlir istisna olmaqla) və 13.2.16.14-cü maddələrində göstərilən xidmətlərdən alınan gəlir və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur.
Ödəmə mənbəyində vergi tutulması mümkün olmayan hallarda qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq gəlir (mənfəət) vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Bax: Vergi Məcəlləsinin 13.2.16.2-ci, 13.2.16.6-cı, 13.2.16.10-cu, 13.2.16.12-ci, 13.2.16.14-cü, 104.4-cü və 125.1.5-cimaddələri.

Mənbə: taxes.gov.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email