Qeyri-rezidentin bu xidmətləri vergiyə necə cəlb edilir?

posted in: Xəbər | 0
birbank biznes

Qeyri-rezidentin bu xidmətləri vergiyə necə cəlb edilir?

vakansiya baş mühasib

 

Sual: Qeyri-rezident müəssisəyə hüquqi şəxs tərəfindən öz işçiləri üçün imtahan və təhsilə görə ödənişlər edilir. Asağıdakı 4 hal üzrə ƏDV və ÖMV ödənişləri barədə yazardınız.

1) Təhsil Azərbaycanda verilir

2) Təhsil xaricdə verilir

3) İmtahan Azərbaycanda kecirilir

4) İmtahan xaricdə keçirilir.

Nəzərə alın ki, ödənilən məbləğ qarşılığında heç bir distant təhsil və s. kimi online xidmətlər alınmır. İşçi gedir təhsil müəssisələrində təhsil alır və ya imtahan verir. Bu təhsil də şirkətin işləri ilə əlaqədardır.

Cavab: Bildiririk ki, sorğunuzda göstərilən xidmətdən gəlir qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinə aid edildiyindən həmin ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Əlavə olaraq, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə xidmətlərin faktiki göstərildiyi yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Sorğunuzda qeyd olunan xidmətlər (imtahan və ya təhsil) Azərbaycan Respublikasının ərazisində həyata keçirildiyi halda, həmin ödənişlərdən ƏDV tutulur, bununla yanaşı, Azərbaycan Respublikasının hüdudlarından kənarda göstərilən xidmətlər isə ƏDV-yə cəlb edilmir.

Əlavə olaraq, bildiririk ki, istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri gəlir vergisindən azaddır.

Təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildiyi halda təhsil haqlarının ödənilməsi üçün yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Təhsil haqlarının ödənilməsi üçün yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatdan yuxarı hissəsi və istehsalatdan ayrılmadan təhsil almağa göndərilmiş işçiyə ödənilən təqaüd məbləğləri ümumi qaydada muzdlu işdən əldə olunan gəlir kimi Vergi Məcəlləsinin 101.1-ci və ya 101.1-1-ci maddələrinə əsasən vergiyə cəlb olunur.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email