fbpx

Qısaldılmış iş vaxtı hansı hallarda tətbiq olunur?

posted in: Xəbər | 0
birbank biznes

noyabrAltıgünlük iş həftəsində iş vaxtlarının 36 saat və 24 saat bölünməsinin bir səbəbi də qısaldılmış iş vaxtında bəzi işçilər üçün maksimum bu müddətin müəyyən olunmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. (Qısaldılmış iş vaxtı)

Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Maddədən göründüyü kimi, qısaldılmış iş vaxtının müəyyən olunmasında müəyyən kateqoriyalı işçilər var ki, onlar üçün mütləq olaraq qısaldılmış iş vaxtı müəyyən edilməlidir. Həmin işçilər üçün qısaldılmış iş vaxtında maksimum iş saatı aşağıdakı kimi müəyyən edilir:

  • həftəlik iş saatı 24 saatdan çox olmayanlar: 16 yaşınadək işçilər;
  • həftəlik iş saatı 36 saatdan çox olmayanlar: 1-ci, 2-ci qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər.

Misal 1. Həftəlik 40 saatlıq iş rejimi olan işçi işəgötürənə müvafiq tibb məntəqəsindən hamilə olması haqqında arayış təqdim edir. İşəgötürənin əmri əsasında arayışın təqdim edildiyi tarixdən işçinin həftəlik iş saatı 36 saata endirilməlidir.

Misal 2. Həftəlik 40 saatlıq iş rejimi ilə işləyən işəgötürən 2-ci qrup əlili işə qəbul edir. Artıq işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsinə görə işçinin həftəlik iş saatı 36 saatdan artıq olmamalıdır.

Misal 3. Analıq məzuniyyətindən işə qayıdan işçi üçün həftəlik 36 saatdan artıq olmayan iş rejimi uşağın bir il altı ayı tamam olandan sonra bitir. İşəgötürən işçinin yenidən həftəlik 40 saatlıq iş rejiminə qayıtması haqqında əmr verir. Amma burada bir məqama diqqət yetirmək lazımdır: əgər işçi uşağını təkbaşına böyüdərsə, o zaman işəgötürən belə əmr verə bilməz. Bu halda işəgötürən yalnız uşağın üç yaşı tamam olduqdan sonra işçini həftədə 40 saatlıq iş rejiminə qaytara bilər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Qısaldılmış iş vaxtı
Print Friendly, PDF & Email
error: Content is protected !!