fbpx

Qızıl və zərgərlik məhsullarının satışı ilə məşğul olanların vergi mükəlləfiyyəti

posted in: Vergi, Xəbər | 0
birbank biznes

zinət əşyalarıSual: Fərdi sahibkar kimi mərkəzi univermaqda qızıl və digər zərgərlik məhsullarının satışı ilə məşğulam. Sadələşdirilmiş vergi ödəyicisi olaraq hasilatdan 2 faiz vergi ödəyə bilərəmmi? (vergi mükəlləfiyyəti)

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Qeyd olunanlara əsasən, qızıl və digər zərgərlik məhsullarının satışını həyata keçirən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi uçota alınır.

Əsas: Vergi Məcəlləsi, 218.5.11-ci maddə.

Mənbə: vergiler.az



vergi mükəlləfiyyəti,
Print Friendly, PDF & Email
error: Content is protected !!