Qrant layihələri üçün yeni hesabat forması təsdiqlənib

posted in: Xəbər | 0
birbank biznes

İqtisadi Fəaliyyət, Neft-qaz sektoru, İcra hakimiyyəti əmək haqqı emekNazirlər Kabineti “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması”nın və “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması”ı təsdiq edib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına və dövlətə məxsus müəssisələrinə tapşırılıb ki, Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrin icrasına dair illik dövr üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda təsdiq olunmuş formaya uyğun olaraq, müvafiq hesabat dövründən sonrakı 10 gün müddətində İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.

Mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı kağız və elektron daşıyıcılarda təsdiq olunmuş formaya uyğun olaraq layihə bitdikdən sonra 20 gün müddətində İqtisadiyyat Nazirliyinə göndərməli və sonrakı 30 gün müddətində İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən təsdiq olunmuş formaya uyğun olaraq təqdim edilmiş məlumatları ümumiləşdirib, illik hesabat şəklində kağız və elektron daşıyıcılarda (həmçinin, ümumiləşdirilmiş məlumatları slaydlarda olmaqla təqdimat formatında) müvafiq hesabat dövründən sonra 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilib.



“Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması”nın və “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “AR adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması” təsdiq edilsin (1 nömrəli əlavə).
  2. “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması” təsdiq edilsin (2 nömrəli əlavə).
  3. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına və dövlətə məxsus müəssisələrinə tapşırılsın:

3.1. Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrin icrasına dair illik dövr üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 1-ci hissəsi ilə təsdiq olunmuş formaya uyğun olaraq, müvafiq hesabat dövründən sonrakı 10 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;

3.2. Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 2-ci hissəsi ilə təsdiq olunmuş formaya uyğun olaraq layihə bitdikdən sonra 20 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərsinlər və sonrakı 30 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən bu Qərarın 1-ci hissəsi ilə təsdiq olunmuş formaya uyğun olaraq təqdim edilmiş məlumatları ümumiləşdirib, illik hesabat şəklində kağız və elektron daşıyıcılarda (həmçinin, ümumiləşdirilmiş məlumatları slaydlarda olmaqla təqdimat formatında) müvafiq hesabat dövründən sonra 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

5. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri            Novruz Məmmədov

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: Qrant layihələri üçün yeni hesabat forması

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir