Hazırda qüvvədə olan bəzi vergi güzəştləri və azadolmalar

posted in: Xəbər | 0
birbank biznes

Mühasib köməkçisi, Mühasib operator, Mühasib, vakansiya, Hərbi toplanışa çağırılan işçi, əməkhaqqının hesablanması, əməkhaqqı,vergiyə cəlb olunma, kənd təsərrüfatı məhsullarının istehsalı, Kənd təsərrüfatı məhsulları vergi,Məlum olduğu kimi tətbiq edilən vergi güzəştləri və azadolmalar yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Bu yazıda hazırda qüvvədə olan bəzi vergi güzəştləri və azadolmalar barədə məlumat verməyə çalışacağıq. Mövcud qanunvericiliyə əsasən müəyyən fəaliyyət növlərinin təşviqi və sahibkarlığın dəstəklənməsi məqsədilə müəyyən müddətlər üzrə vergi güzəştləri və azadolmalar tətbiq edilir.

Bunlara aiddir:

10 il müddətinə

  • Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki (hüquqi) şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir – müvafiq olaraq gəlir və mənfəət vergisindən, eyni zamanda sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak, torpaqlarına görə isə torpaq vergisindən də azaddır. Bu azadolmalar sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq hesablanır.
  • Sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azaddır. Bu azadolma rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən hesablanır.

Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


2024-cü il yanvarın 1-dək

  • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən azaddır.
  • Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən azaddır.
  • Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır.
  • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisindən azaddır.
  • Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi sadələşdirilmiş vergidən azaddır.
  • Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı əmlaka görə əmlak vergisini ödəməkdən azaddır.
  • Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azaddır.

Vəkil firmasında əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb olunur?


7 il müddətinə

  • İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar (hüquqi şəxs) həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi gəlir (mənfəət) vergisindən azaddır.
  • KOB klasterin iştirakçısı olan fərdi sahibkarın (hüquqi şəxsin) KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi gəlir (mənfəət) vergisindən azaddır.
  • KOB klaster şirkətinin mənfəəti mənfəət vergisindən azaddır. Azadolma KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən başlanır.
  • investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azaddır. Azadolma investisiya təşviqi sənədinin alındığı tarixdən başlanır.
  • KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azaddır. Azadolma KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən başlanır.
  • İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə əmlak vergisindən azaddır.
  • KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə əmlak vergisindən azaddır.
  • İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə torpaq vergisindən azaddır.
  • KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır.

Print Friendly, PDF & Email