Böyük Britaniya rəqəmsal xidmətlər üçün vergi tətbiq edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

rəqəmsal xidmətlərHökumətin keçən ayın sonunda təqdim etdiyi 2018-2019-cu maliyyə ili üçün büdcə layihəsində rəqəmsal xidmətlər üçün vergi tətbiqi nəzərdə tutulmuşdur. Layihəyə əsasən, 2020-ci ilin aprelindən «Britaniya istifadəçiləri üçün rəqəmsal xidmətlərin göstərilməsi ilə bağlı biznesin müəyyən növlərindən» dövriyyənin 2 faizi həcmində vergi tutulması gözlənilir. Qeyd etmək lazımdır ki, rəqəmsal xidmətlər üçün vergi «internet axtarışları, sosial şəbəkələrin və internet mağazaların idarə olunması üzrə əməliyyatlara aid dövriyyəyə» tətbiq ediləcək.

Bax: Tikinti fəaliyyəti ilə məşğul olanların vergi öhdəlikləri

Vergi illik məbləği 25 milyon avrodan artıq dövriyyəyə tətbiq ediləcək və yalnız o şirkətlərə şamil olunacaq ki, onların beynəlxalq miqyasda ümumi illik dövriyyəsi 500 milyon avrodan az olmasın. Qeyd edilmişdir ki, yeni vergi ziyanla başa gələn rəqəmsal xidmətlərə aid edilməyəcək və əməliyyatlar azgəlirli olduqda verginin məbləği də azaldılacaq. Böyük Britaniya hökumətinin açıqlamasında bildirilmişdir ki, yeni vergi ilə bağlı ictimaiyyətlə məsləhətləşmələr 2019-2020-ci illər üçün növbəti büdcənin müzakirəsi zamanı da aparılacaq.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ekspertlərin rəyinə əsasən, yeni verginin başlıca hədəfi «Google», «Facebook», «Amazon» və s. kimi nəhəng transmilli texnologiya şirkətləridir. Bu şirkətlərdən bəziləri öz Avropa filiallarını güzəştli vergi rejimi mövcud olan İrlandiya və ya Lüksemburq kimi yurisdiksiyalarda qeydiyyata aldırmaqla Britaniyada apardıqları əməliyyatlara görə son dərəcə az vergi ödəməkdə günahlandırılır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz
Print Friendly, PDF & Email