Əvəzçilik üzrə işləyən işçini ezamiyyətə necə göndərmək olar?

posted in: Xəbər | 0
birbank biznes

Ezamiyyə nədir?

Ezamiyyə – işçinin daimi iş yerindən kənarda, başqa yaşayış məntəqəsində müəyyən müddətə əmək vəzifələrini yerinə yetirmək üçün işəgötürənin əmri ilə göndərilməsi, habelə işçinin hazırlığı, ixtisasının artırılması və ya yenidən hazırlanması üçün başqa yaşayış məntəqəsinə göndərilməsidir. Ezamiyyətlər AR Maliyyə Nazirliyinin “İşçilərin Ezamiyyə Qaydaları” əsasında sənədləşdirilir.

Ezamiyyət zamanı işçi iş yerini (vəzifəsini) və ezamiyyət günlərinə düşən iş günləri üçün əməkhaqqını saxlayır. Bundan başqa ona ezamiyyətdə olduğu dövr üçün ezamiyyə xərci ödənir. Ezamiyyə xərclərinin gündəlik norması AR-nin Nazirlər Kabinetinin müvafiq qərarına uyğun tənzimlənir.

Əsas və əlavə iş yeri

Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də digər müəssisədə əvəzçilik qaydasında işləyə bilər (Əmək Məcəlləsi, maddə 58). Hər iki iş yerində əmək fəaliyyəti əmək müqaviləsi ilə tənzimlənir. İşçinin əmək kitabçası saxlanılan iş yeri əsas, əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri əlavə iş yeri sayılır.

Əvəzçilik üzrə işləyən işçinin ezamiyyəsi

Əvəzçiliklə işləyən işçinin də əməkhaqqısının saxlanması şərti ilə  ezam olunması mümkündür. İşçi həm əsas, həm də əvəzçiliklə işlədiyi yerdən eyni vaxtda ezamiyyətə göndərilərsə, əməkhaqqı hər iki iş yerində saxlanılır. Ezamiyyənin xərcləri isə hər iki təşkilat arasında razılaşaraq bölüşdürülür. Əgər işçi yalnız əsas iş yeri üzrə ezamiyyətə göndərilərsə, onda orta əməkhaqqı onu ezamiyyətə göndərmiş təşkilatda iş yeri üzrə saxlanılır. Əlavə iş yerində isə o, öz hesabına məzuniyyətlə təmin olunur, yəni digər işəgötürən tərəfindən  bu müddət üçün pul ödənilmir. Məlumdur ki, ezam olunmuş işçi üçün əsas təminatlar:

  • iş yerinin saxlanması;
  • əməkhaqqı;
  • ezamiyyə xərclərinin ödənilməsidir.

Bu şərtlər əvəzçiliklə işləyən işçilərə də şamil edilr. Həmin işçilərə ezamiyyə xərclərinin ödənilməsi üçün işəgötürənlər xərclərin bölüşdürülməsi müqaviləsi tərtib edə bilərlər. Bu zaman ezamiyyə xərclərinin ödənilməsi aşağıdakı şəkildə aparıla bilər:

  • tərəflərdən biri işçinin yol və mehmanxana xərclərini, digəri isə gündəlik xərcləri ödəyə bilər. Bu halda, hər bir tərəf bütün hesablaşmaları yalnız işçi ilə aparmalıdır. İşçi ezamiyyətdən qayıtdıqdan sonra iki müxtəlif təsdiqedici sənədlərin əlavə olunduğu iki hesabat təqdim etməlidir.
  • işəgötürənlər ezamiyyə xərclərinin ümumi məbləğini öz aralarında bölüşə bilərlər. Məsələn, iki işəgötürən razılaşa bilər ki, onlardan biri uçot aparacaq və işçiyə ezamiyyə üçün avans verəcək. Ezamiyyət müddəti bitdikdən sonra təqdim olunmuş hesabata əsasən işəgötürən işçi ilə hesablaşmaları tamamlayacaqdır. Bundan sonra tərəflər qarşılıqlı razılaşma aktı tərtib edəcək və ikinci tərəf xərclərin razılaşdırılmış hissəsini birinciyə ödəyəcək.
  • hər iki işəgötürən ilkin sənədlərin əslinin və təsdiq edilmiş surətlərinin hansı təşkilatda saxlanacağını öz aralarında razılaşdıra bilər. İşçiyə avans hər iki tərəfdən verilir. Ezamiyyətdən qayıtdıqdan sonra işçi tərəflərin birinə ilkin təsdiqedici sənədləri, digərinə isə təsdiq edilmiş surətlərini əlavə etməklə hesabat təqdim etməlidir.

Əvəzçilik zamanı ezamiyyənin sənədləşdirilməsi

Ezamiyyənin verilməsi qaydaları həm əsas, həm də əlavə iş yeri üçün eynidir. Hər iki halda ezamiyyətə yalnız əmək müqaviləsi ilə işləyən işçi göndərilə bilər. Əgər işçinin işi daimi olaraq yolda keçirsə, gediş-gəliş xarakteri daşıyırsa, bu xidməti ezamiyyət hesab olunmur. Ezamiyyətlər işəgötürən tərəfindən əmrlə rəsmiləşdirilir, onun müddəti işçinin yolda olduğu vaxt nəzərə alınmamaqla, 40 gündən artıq olmamalıdır.

Respublikadaxili ezamiyyətlərdə müvafiq əmrlə yanaşı ezamiyyə vəsiqəsi də verilməlidir. Respublika xarici ezamiyyətlərdə isə həm  rəsmi əmr, həm də ölkədən giriş-çıxış haqqında pasportda (yaxud pasportu əvəz edən sənəd) səlahiyyətli orqanların apardığı qeydlər nəzərə alınır. Ezamiyyət müddəti istirahət, yaxud da  bayram günlərinə təsadüf edərsə, işçiyə qanunvericiliyə müvafiq əlavə əməkhaqqının və  istirahət gününün verilməsi tələb olunur. İşçiyə  ezamiyyə xərcləri verilməklə yanaşı, onun işlədiyi yer, həm də əməkhaqqı saxlanılır. Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.

Rəhbər işçilərin xarici ölkələrə ezamiyyə xərcləri normasına əlavələr

Print Friendly, PDF & Email