Robotların sahibləri vergi ödəməkdən imtina etsələr, maşınlara qarşı insanların üsyanı baş verəcək

posted in: Xəbər | 0

İsveçrənin süni intellekt laboratoriyasının direktoru, professor Yurgen Şmidhuber robot texnikasına vergi tətbiq etməyi təklif edib ki, insanlar daha nəcib peşələrlə – elmi fəaliyyətlə, incəsənətlə, yazıçılıqla və s. məşğul ola bilsinlər.

Robot texnikasının inkişafı və onun istehsalata tətbiqi ilə insanlar üçün iş yerlərinin sayı tədricən, lakin, durmadan azalır. Bu da dünyanın bir çox inkişaf etmiş ölkələrində şəksiz əsas gəlirin (ŞƏG) – dövlətin bütün sakinlərə aylıq müavinətlərin verilməsi məsələsinin müzakirəsinə gətirib çıxardı. Yəni, məsələnin bu cür həlli yekunda adamların iqtisadiyyatın xüsusu inkişafı üçün önəm kəsb etməyən işlərlə məşğul olmalarına imkan yaratmalıdır.

Məlum olduğu kimi, 2016-cı ilin yayında İsveçrədə hətta bu məsələ ilə bağlı milli referendum da keçirilmişdi. Düzdür, əhalinin 77%-i ŞƏG-in tətbiqinin əleyhinə səs vermişdi. Belə ki, bu vergilərin əhəmiyyətli şəkildə artmasına gətirib çıxaracaqdı. Sözügedən müavinəti ödəmək üçün dövlət hər ay 200 milyard frank – hər yetkin şəxs üçün 2,5 min frank və hər bir uşağa 625 frank xərcləməli olacaqdı.

Lakin, professor Şmidhuber hesab edir ki, İsveçrə və digər inkişaf etmiş ölkələr gec ya tez ŞƏG təminatı məsələsinə qayıtmalı olacaq. Müavinətdən ötrü vəsaitlər əldə etmək üçün isə dövlət robot texnikasından istifadə edən sahibkarları vergiyə cəlb etməlidir. Axı, insanları iş yerlərindən məhz, robotlar məhrum edirlər. Mütəxəssislər hesab edirlər ki, əks təqdirdə, bu, insanların maşınlara qarşı üsyanına gətirib çıxaracaq.

Beynəlxalq əmək təşkilatının nümayəndələri də robotlaşmanın çox tezliklə ŞƏG-in əsas gündəm məsələsinə çevriləcəyini söyləyirlər. Təşkilatın baş direktoru Gay Rayderə görə vətəndaşları işlə birbaşa əlaqəli olmayan sabit gəlirlə təmin etmək lazımdır. Çünki insanlar səmərəlilik baxımından bir çox peşələrdə robotlarla rəqabət apara bilməyəcəklər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *