Rotasiya ilə işləyənlər üçün vergitutma necə hesablanır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

rotasiya Sual: Xaricdə rotasiya ilə işləyən (28 gün xaricdə işləyir və 28 gün Azərbaycanda evdə dincəlir) biri üçün vergi qaydalarını yazardınız zəhmət olmasa. Bildiyim qədər, əgər il ərzində 184 gün və daha çox Azərbaycandan kənarda olduqda vergi tutulmur, amma bundan az olduqda vergi tutulur. Bir də tutulan vergi aprelin 1-dən hesablanır?

Cavab: Bildiririk ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycanda və Azərbaycandan kənarda əldə etdiyi gəlirdən ibarətdir. Təqvim ilində başa çatan hər hansı ardıcıl olan 12 aylıq dövr ərzində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan şəxslər rezident hesab edilirlər.

Həmçinin bax: Şirkətimizə edilən maliyyə yardımları vergitutma obyektidir?

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlara əsasən Azərbaycan Respublikasının rezidenti sayılır:

– daimi yaşayış yeri;
– həyati mənafelərinin mərkəzi;
– adətən yaşadığı yer;
– Azərbaycan Respublikasının vətəndaşlığı.

Qeyd olunan şərtlərə uyğun olaraq Azərbaycan Respublikasının rezidenti hesab olunan və Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxs vergi orqanına müraciət edərək gəlir vergisinin (fəaliyyət növünün kodu – 97002) ödəyicisi kimi vergi uçotuna alınmalı, təqvim ili ərzində əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir veregisinin bəyannaməsi” ilə bəyan etməli və ödəməlidir.

Həmçinin bax: Hüquqi şəxsin mənfəət vergisinin ödəyiciləri və vergitutma obyekti

Onu da qeyd edək ki, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləği Azərbaycanda vergi öhdəliklərinin müəyyən olunması zamanı Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq nəzərə alınır.

Fiziki şəxs yuxarıda qeyd olunan meyarlara əsasən digər dövlətin rezidenti hesab olunduqda isə həmin şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar əldə edilən gəlirdən Azərbaycan Respublikasında vergi ödənilmir.

Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 13.2.5.1-ci33-cü34-cü97-ci və 127-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email