fbpx

Excel-də ROUND funksiyası – yuvarlaqlaşdırma

posted in: Excel, Xəbər | 0
birbank biznes

Excel-də ROUND funksiyası – yuvarlaqlaşdırma

Yuvarlaqlaşdırma, excel,, Mühasibat Dövriyyə-QalıqYuvarlaqlaşdırma əməliyyatı ilə hamımız tanışıq. Ümumi qaydaya əsasən, əgər yuvarlaqlaşdırılan rəqəm 5 və ya daha böyükdürsə, o zaman yuvarlaqlaşdırma 10-a, 5-dən aşağı isə 0-a tamamlanır. Misal üçün, 2,34 ədədi onluq dərəcəsinə yuvarlaqlaşdırılsa, 2,3 olacaq, çünki yüzlük dərəcəsindəki rəqəm 4-dür, yəni 5-dən aşağıdır. 2,36 isə 2,4 olacaq, çünki 6 5-dən böyükdür. 

Excel-də yuvarlaqlaşdırma əməliyyatı əsasən ROUND funksiyası ilə həyata keçirilir və yazılış qaydası belədir:

=ROUND(number;num_digits)

Number: Yuvarlaqlaşdırmaq istədiyimiz ədəd

Num_digits: Yuvarlaqlaşdırılan dərəcə (onluq-1, yüzlük-2, minlik-3 və s.)

Misalımıza nəzər yetirək.

ROUND function - 1

Yuvarlaqlaşdırma istədiyimiz ədəd 2,348546, dərəcəsi isə minlik olsun. 3 rəqəmi bizə vergüldən sonra 3 rəqəm qalacağını bildirir. Funksiyamızı çalışdırdığımız zaman Excel ədədimizi alıb, vergüldən sonra 3 rəqəm qalacaq şəkildə yuvarlaqlaşdıracaq.

ROUND function - 2

Nəticə 2,349 olacaq. 8-dən sonra 5 olduğu üçün, 8 rəqəmi 9-a çevrildi.

Num_digits mənfi rəqəm də ola bilər. Belə olan halda, yuvarlaqlaşdırma vergüldən sola doğru gedəcək. Gəlin ədədi böyüdək və mənfi rəqəm ilə yuvarlaqlaşdırmağa çalışaq.

ROUND function - 3

Gördüyünüz kimi, num_digits mənfi rəqəm olduğu üçün, yuvarlaqlaşdırma əməliyyatı sola doğru işləmiş oldu. 115 ədədi onluq dərəcəsində yuvarlaqlaşdırıldı və 120 ədədi əldə edilmiş oldu.

Formulu özünüz yazıb, eksperiment apararaq daha yaxşı qavrama fürsətiniz olacaq. Həm mənfi, həm müsbət, həm də sıfır yazaraq nəticənin necə dəyişdiyini müşahidə edə bilərsiniz.

Uğurlar!

Müəllif: Elçin Xəlilov


Həmçinin bax:


Print Friendly, PDF & Email
error: Content is protected !!