Rusiya Müdafiə Nazirliyinin Auditoru rüşvət üstündə saxlanılıb

posted in: Audit, Xəbər | 0

AuditorMoskva şəhərinin Savelovskiy  məhkəməsi Rusiya müdafiə nazirliyinin dövlət müqavilələri üzrə audit departamentinin direktoru Maksim Kuksini rüşvət almaqda şübhəli bilərək həbs edib. Bu haqda “İnterfaks” agentliyinə məhkəmənin mətbuat-katibi Mariya Mixaylova məlumat verib.

“İstintaq orqanları Kuksini 11 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilir”, – Mariya Mixaylova belə söyləyib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Onun sözlərinə görə, ilkin olaraq Kuksinin aldığı “mükafat” 15 milyon rubl təşkil edib, lakin fakt üzrə o, 11 milyon rubl alıb.

“Kuksin öz təqsirini etiraf etmir, ifadə verməkdən də imtina edib”, – mənbə əlavə edib.

Müdafiə nazirliyinin saytında deyilir ki, Kuksin departament direktoru vəzifəsinə 2017-ci ilin iyul ayında təyin edilib.

Buna qədər isə o, 2005-ci ildən 2014-cü ilə qədər kommersiya strukturlarında rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilə kimi Kuksin Dövlət Silah Proqramı və Dövlət Müdafiə Sifarişinin Hərbi-İqtisadi Təhlil üzrə Şöbəsinə rəhbərlik etmişdir.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *