Rusiya vergi orqanları auditorlardan informasiya alacaqlar

posted in: Audit, Vergi, Xəbər | 0
birbank biznes

Rusiya vergi orqanlarıRusiya vergi orqanları vergi ödəyiciləri haqqında zəruri informasiyaların alınması üçün sorğu verilə biləcək mənbələrin siyahısını genişləndirməyi qərara almışdır. İndiyədək onlar məlumatları vergi ödəyicisinin özündən, müvafiq bankdan və ya internet üzərindən ala bilirdilər. Son təkliflərə əsasən, informasiya mənbələrinin siyahısına auditorlar da daxil edilmişdir.

Bax: Azərbaycanda 17 yerli şirkət ləğv edildi

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyələrinə əsasən, gələn ildən Rusiya Federasiyasının vergi qanunvericiliyində dəyişiklik gözlənilir. Dəyişikliklərin başlıca məqsədi informasiya mübadiləsinin şəffaflaşdırılması və vergi tutulmasının sadələşdirilməsidir. Bununla belə, vergi administrasiyası auditorlardan informasiya almağın hansı zərurətdən irəli gəldiyi barədə açıqlama verməmişdir.

Bax: Nağdsız ödənişlərin inkişafı ilə bağlı yeni hədəflər

OECD Rusiyada normativ-hüquqi bazanı nəzərdən keçirərkən düzəliş edilməsi üçün bir neçə maddəni seçmişdir. Bunların sırasına ədalətli vergitutma prosesinin asanlaşdırılması naminə auditor sirrinə aid edilən məlumatların əldə olunmasına imkan yaradılması da daxildir.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email