Rusiya buğda ixracı vergisini ikiqat artıracaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

buğda ixracı vergisi, vergi güzəştləri, vergi qanunu, minimum maaş, yoxsulluq həddi, bank əmanətləri, itki, Rusiya iqtisadiyyatının itkiləri,Rusiya Federasiyası hökuməti ölkədə qiymətlərə nəzarət etmək üçün bəzi məhsullara tətbiq olunan ixrac vergisini artırmağa hazırlaşır.

İqtisadi inkişaf naziri Maksim Reşetnikov qeyd edib ki, bu istiqamətdə aidiyyəti qurumların təkliflərini dəstəkləyirik. Bu il martın 1-dən başlayaraq iyunun sonuna qədər bir ton üçün buğda üçün tətbiq olunan ixrac vergisi 50 avroya, qarğıdalı üçün 25 avroya, arpa üçün isə 10 avroya qaldırılacaq.

Bu qərarın daxili bazarın maraqlarını qorumaq məqsədi daşıdığını vurğulayan M.Reşetnikov deyib: “Başlıca prioritetimiz Rusiyanın daxili ehtiyaclarının təmin olunması və yeni qiymət artımlarının qarşısının alınmasıdır”.

İxrac vergisinin artırılması ilə bağlı qərarın qüvvəyə minməsi üçün Rusiyanın Baş naziri Mixail Mişustin tərəfindən təsdiqlənməsi tələb olunur.

Qeyd edək ki, dünyanın ən böyük buğda istehsalçısı olan Rusiya buğda ixracını keçən il 2019-cu illə müqayisədə 29 faiz artıraraq 10 milyard dollara çatdırmışdı.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email